"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Sürücülərə şad xəbər: Benzin ucuzlaşa bilər

26 Noyabr 2014 - 14:38
in İQTİSADİYYAT

Vüqar Bayramov: “Avropada benzinin ucuzlaşması Azərbaycanda da benzinin qiymətinə təsir edəcək”img1645257

Bunu da oxuyun

Neft yenidən bahalaşdı

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

Neftin bu günə olan qiyməti

Dünya bazarında neftin qiymətinin aşağı düşməsi bir çox ölkələrdə benzinin də ucuzlaşmasına səbəb olub. Artıq Avropa ölkələrində benzinin satışında ucuzlaşma müşahidə olunur. Bəs görəsən, bu durum Azərbaycanda da benzinin qiymətinə təsir edəcəkmi? Adətən ölkəmizdə neftin qiyməti artan kimi benzinin də qiyməti artır. Bəs neftin ucuzlaşması bazarda necə əksini tapacaq?
İqtisadçı ekspert Vüqar Bayramov deyir ki, yaxın günlərdə benzinin ucuzlaşması qaçılmazdır: “Benzinin qiyməti ilə neftin qiyməti arasında birbaşa əlaqə var. Nəzərə alsaq ki, neftin qiyməti ucuzlaşdıqdan sonra benzinin istehsal xərcləri də azalır. Bu səbəbdən benzinin satış qiyməti də təbii olaraq ucuzlaşır.
Biz Avropa bazarına baxsaq, orada da benzinin qiymətində ucuzlaşmalar yeni-yeni müşahidə edilməyə başlayıb. Artıq bu həftədən başlayaraq Avropa ölkələrində benzin daha ucuz təklif olunur.
Bundan çıxış edərək demək olar ki, Avropada benzinin qiymətində azalmalar olduğu üçün Azərbaycanda da benzinin qiymətində ucuzlaşma olacaq. Ancaq neftin ucuzlaşması və bunun benzinin qiymətində əksini tapması arasındakı zaman fərqinin səbəbi isə odur ki, benzin istehsal edən zavodların müəyyən müddət üçün ehtiyatları olur. Onlar bu ehtiyat bazanı neftin baha olduğu dövrdə alıblar.  Çünki istehsalın fasiləsizliyini təmin etmək üçün zavod məcburdur ki, müəyyən ehtiyata malik olsun. Ancaq zavod nefti ucuz alarsa o zaman benzini də daha ucuz qiymətə bazara çıxardacaq. Yaxın günlərdə  “Premium Avro-95” və Ai-98 markalı benzinin qiymətlərində azalmalar olmalıdır. Çünki Avropada bu həftədən başlayaraq benzinin qiyməti aşağı düşməkdədir. Nəzərə alsaq ki, Azərbaycan benzini Mərkəzi və Şərqi Avropadan idxal edir, həmin ölkələrdə benzinin ucuzlaşması Azərbaycanda da birmənalı şəkildə ucuzlaşmaya səbəb olacaq. Bu baxımdan Aİ 92 markalı benzinin qiyməti isə dövlət tərəfindən tənzimləndiyi üçün hər hansı ucuzlaşma olmayacaq”.
Adətən, benzin bahalaşan kimi, bir çox işbazlar bundan psixoloji amil kimi istifadə edərək, əksər məhsulların qiymətini artırırlar. Ancaq benzin ucuzlaşanda  bu bazarda qiymətlərə təsir etmir. Bazardakı bu anormal durumu dəyərləndirən iqtisadçı ekspert də təsdiq edir ki, benzinin qiyməti artan kimi bu digər məhsulların qiymətinə də təsir edir, ancaq benzin ucuzlaşanda ölkədə digər məhsulların ucuzlaşması müşahidə olunmur: “Bu baxımdan çox təəssüf ki, biz benzinin ucuzlaşacağını proqnozlaşdıra bilsək də, digər məhsulların ucuzlaşacağını proqnozlaşdıra bilmirik. Bunun bir səbəbi psixoloji faktorlardır, digər bir səbəbi isə ölkədə istehlak məhsullarına çıxışın məhdud olmasıdır. Sözsüz ki, iş adamları benzinin bahalaşmasından psixoloji faktor kimi istifadə edirlər, istehlak məhsullarının qiymətini artırırlar”.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Rusiya şirkətləri çökür

Next Post

Müxalifət fəalından, nəhayət, xəbər çıxdı

Bənzər yazılar

Neft yenidən bahalaşdı

Neft yenidən bahalaşdı

06 May 2024 - 09:27

Dünya birjalarında neft yenidən bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,23 dollara, yüngül neftin bir...

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

05 May 2024 - 21:47

Bu gün İçərişəhərdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşlığı nəticəsində hazırlanan xalçanın kəsim...

Neft həftəyə bu qiymətlə başladı

Neftin bu günə olan qiyməti

02 May 2024 - 10:28

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,92 dollara, yüngül neftin...

Rusiyalı milyarderlər daha da varlanıblar

Rusiyalı milyarderlər daha da varlanıblar

01 May 2024 - 13:04

Rusiyalı milyarderlər daha da varlanıblar – 2024-cü ilin ilk dörd ayında ən varlı iş adamlarının ümumi sərvəti 14,89 milyard dollar...

Next Post

Müxalifət fəalından, nəhayət, xəbər çıxdı

Müsavat rəhbərliyini İŞİD-lə kim müqayisə etdi - ŞOK

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.