"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Sürücülər generallara nədən şikayət etdi? – Fotolar

24 Dekabr 2015 - 18:52
in XƏBƏR LENTİ

Dekabrın 24-də Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi – Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev və Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Ələt qəsəbəsindəki Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksində mövcud vəziyyətlə tanış olublar.

DGK-nın mətbuat xidmətindən Avropa.info-ya verilən məlumata görə, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru Taleh Ziyadov qurum rəhbərlərinə limanın fəaliyyəti barədə ətraflı məlumat verdikdən sonra gömrük və sərhəd xidmətlərinin rəhbərləri limanda Qazaxıstan və Türkmənistan istiqamətlərində hərəkət etmək üçün növbə gözləyən yük avtomobillərinin sürücüləri ilə söhbət edib, onları narahat edən məsələlərlə maraqlanıblar.

Yük avtomobillərinin sürücüləri limanın şəraiti, eləcə də gömrük və sərhəd rəsmiləşdirilməsi ilə əlaqədar problemlərinin olmadığını, yalnız bərə çatışmazlığı səbəbindən yaranan növbələr və vaxt itkisinə görə narahatlıqlarını ifadə ediblər. Sürücülər Qazaxıstanın Aktau limanında bərələrdən yüklərin boşaldılması və sənədləşmə proseslərinə həddən artıq vaxt sərf olunduğunu da qurum rəhbərlərinin diqqətinə çatdırıblar.

DSX-nin rəisi E.Quliyev və DGK-nın sədri A.Əliyev qeyd olunan məsələnin həll edilməsi üçün araşdırma aparılacağını və tezliklə lazımi tədbirlərin görüləcəyini bildiriblər.

Sonra limanın buraxılış məntəqələrində gömrük və sərhəd nəzarətinin vəziyyətilə maraqlanan aidiyyəti qurumların rəhbərləri işin daha səmərəli təşkilinə dair konkret tapşırıqlar veriblər.

Daha sonra limanda yüklərin daşındığı bərələrə baxış keçirilib, kompleksin mövcud potensialı və son zamanlar tranzit yükdaşımaların həcminin artması ilə əlaqədar ortaya çıxan məsələlərin həllinə dair fikir mübadiləsi aparılıb.

Sonda adıçəkilən rəhbər şəxslər liman kompleksi ərazisindəki buraxılış məntəqələrinin piyada keçid xəttində vəziyyətlə də tanış olublar.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

ABŞ-ın qorxunc planı üzə çıxdı – 1200 şəhəri belə məhv edəcəkmiş

Next Post

Şəmsiyyə Bəylərqızı prezidentdən əfv istədi

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Şəmsiyyə Bəylərqızı prezidentdən əfv istədi

Kremldən Əliyev-Sarkisyan görüşünə münasibət

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.