"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Sürücüləri başqaları cəzalandıracaq – YENİLİK

24 Dekabr 2015 - 09:50
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Parkomatlar məsələsi isə Bakı Şəhər İcra Hakimiyyətindən alınıb Bakı Nəqliyyat Agentliyinə veriləcək

Bakı Nəqliyyat Agentliyinin yaradılması paytaxtda sərnişindaşıma sahəsində hansısa müsbət dəyişikliklərə gətirib çıxaracaq. Bu sahədə o qədər problem var ki, onları qısa müddətdə həll etmək asan olmayacaq, amma müəyyən müddətdən sonra irəliləyişlər mütləq olacaq. Təklif edirəm ki, belə bir qurum təkcə paytaxt üzrə deyil, bütün ölkə üzrə yaradılsın. Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, bunu yol-nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov Prezident İlham Əliyevin Bakı şəhərində nəqliyyat sahəsində islahatların keçirilməsinə dair əlavə tədbirlər haqqında fərmanı çərçivəsində Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi yaradılmasını şərh edərkən deyib. Ə.Hüseynovun sözlərinə görə, bu agentlik yalnız sərnişindaşıma sahəsində dövlət siyasətini – marşrutların sxemlərini, təhlükəsizliyi müəyyən edəcək, dünya təcrübəsinin, müvafiq texnologiyaların tətbiqini həyata keçirəcək: “Söhbət yalnız Bakı şəhərində sərnişin və baqaj daşımadan gedir. Yeni qurumun yükdaşımaya heç bir aidiyyəti yoxdur. Hətta agentiliyin inzibati xətalara baxma səlahiyyətləri də var. Bu məsələ də, yəqin, yaxın 2-3 aya tam dəqiqləşəcək. Böyük ehtimalla söhbət marşrut sxemlərinə dair tələblərin, eləcə də sürücülər tərəfindən avtobusda siqaret çəkilməsi, musiqiyə qulaq asmaq kimi nizam-intizam qaydalarının pozulması ilə bağlı məsələlərdən gedəcək”.

Bundan başqa, böyük ehtimalla bir sıra digər məsələlər də Nəqliyyat Agentliyinə həvalə ediləcək: “Çox güman ki, fərqlənmə nişanlarını da ASAN xidmət vasitəsilə yeni qurum verəcək. Böyük ehtimalla taksi və avtobus fəaliyyəti ilə məşğul olanlar vergiləri də ASAN xidmət vasitəsilə bu agentliyə ödəyəcəklər. Fərmana əsasən, Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) də agentliyin tabeliyinə verilib. NİİM yol hərəkətinin təşkili və məlumatlandırma ilə bağlı müəyyən funksiyalara malik idi”.

Ekspertin fikrincə, yeni qurumla Nəqliyyat Nazirliyi arasında heç bir konflikt olmayacaq, amma Dövlət Yol Polisi ilə müəyyən paralellik yarana bilər: “Agentlik əsasən, Dövlət Avtomobil Nəqliyyat Xidmətinin (DANX) Bakı üzrə sərnişindaşıma məsələlərinə baxan müvafiq qurumunun funksiyalarını həyata keçirəcək. Ona görə də həmin qurum ləğv olunacaq. Bu, birbaşa fərmanda da göstərilir. Aydın məsələdir ki, eyni səlahiyyətli paralel iki dövlət qurumu ola bilməz. NİİM-in isə səlahiyyətləri saxlanılmaqla tabeçiliyi dəyişdiriləcək. Burada maraqlı bəzi paralelliklər, əslində, Nəqliyyat Nazirliyi ilə yox, Dövlət Yol Polisi ilə yaranır. Ona görə də bu məsələ ciddi tənzimlənməli və dəqiqləşdirmə aparılmalıdır. Əks halda anlaşılmazlıq yaranacaq, bu isə nəticədə nəqliyyatın hərəkətinin təşkilində problemlər yaradacaq”.

Bununla yanaşı, ekspert hesab edir ki, Bakı Nəqliyyat Agentliyi bir sıra problemlərlə üzləşə bilər: “Böyük ehtimalla parkomatlar məsələsi də Bakı Şəhər İcra Hakimiyyətindən alınıb bu agentliyə veriləcək. Bundan sonra paytaxtda avtomobil, avtobus və taksi dayanacaqlarının yerini bu agentlik müəyyən edəcək. Amma bu dayanacaqlar harada yaradılacaq? Bu məsələ bir az sual doğurur. Eyni zamanda avtobus parkının yenilənməsi üçün daşıyıcı subyektlərə külli miqdarda vəsait lazımdır. Bu vəsait hardan tapılacaq və onlar buna cəlb ediləcək? Bu iş heç də asan başa gəlməyəcək. Çünki bu həm də sosial məsələdir. Nəqliyyat həm yüksək səviyyədə işləməli, əhali mənzil başına vaxtında çata bilsin, digər tərəfdən qiymətlər insanlar üçün əlçatan olmalıdır. Əgər qiymətlər çox qalxarsa, sosial problemlər yarana bilər”.

Qeyd edək ki, dövlət başçısının tapşırığın əsasən, həyata keçiriləcək müəyyən prosedurlardan sonra agentlik 3 aydan sonra tam fəaliyyətə başlamalıdır.

Oxunub: 426
Şərh yaz
Ad
E-mail
Mesajınız
Cavabı daxil edin
7+2
Facebook comment
Digər xəbərlər
  • Bakının ölüm gətirən gecələri – FOTOLAR
  • Sürücülər dollar böhranından ziyansız ötüşmək üçün bunları bilməlidir – 7 qayda
  • Bu sürücülər lisenziya almaqdan azad edildi – FƏRMAN VERİLDİ
  • Onlarda 100 avtoqəzadə 2, bizdə 35 adam ölür
  • Sürücülər üçün sığorta ilə bağlı yenilikləri sadə dildə yazdıq – OXUYUN
  • Bu sürücülər 12 il azadlıqdan məhrum edilə bilər
  • «Polislə əlbir”dir ifadəsindən çəkinməməliyik»
  • Yol polisi evakuator sürücülərinin özbaşınalığına haqq qazandırdı – VİDEO
  • Badamdarın yollarını darmadağın etdilər – FOTOLAR
  • Evakuator sürücüləri Bakıda qanunları tapdalayır – VİDEO
  • Avtobuslarda kartla ödəmə – Hələ də mümkün deyil – VİDEO
  • Piyadalar cəriməni ödəmir – DYP narazılıq edir – VİDEO
  • Sərnişinnəqliyyatda hansı xidmət çatışmır? – VİDEO
  • Tıxac xəstəlik yaradırmış – TƏHLÜKƏ
  • Nəqliyyat Nazirliyi daha bir səlahiyyətini itirdi – İXTİSARLAR DA BAŞLAYIR
  • Sürücülük məktəbi
  • Imtahana hazirliq
  • Cəriməni öyrən
Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi
Sorğu
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Avtobus sürücüləri mükafat aldı

Next Post

Səbuhi Rəhimli: “2016-cı ildə “yerindən qopmaz” sayılan iki böyük vəzifəli şəxs kabinetinə vida deyəcək…”

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Səbuhi Rəhimli: “2016-cı ildə “yerindən qopmaz” sayılan iki böyük vəzifəli şəxs kabinetinə vida deyəcək...”

Hakerlər Türkiyəyə müharibə elan etdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.