Sürücülərin diqqətinə – Bu yollardan istifadə etməyin

>

Bunu da oxuyun

Bakıda daha bir neçə yolda hərəkət məhdudlaşdırılır.

“Azəravtoyol” ASC-dən Elchi.az-a verilən məlumata görə, Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri ilə əlaqədar olaraq, Yasamal rayonu Salamzadə küçəsində müvafiq işlər aparılır. Rənglənmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq.

Anoloji işlər bu axşam 22:00-dan etibarən Yasamal rayonu Tbilisi və İnşaatçılar prospektlərində də aparılacaq. Burda işlər səhər saatlarınadək yekunlaşdırılacaq.

“Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını və sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etməyi tövsiyə edir.

Elchi.az

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728