Bu barədə Elchi.az-a Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.
Xatırladaq ki, paytaxtda keçirilən Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar şəhərin bəzi küçə və yollarında sarı xətlərlə xüsusi “Oyun zolaqları” çəkilmişdi. Həmin zolaqlarla may ayının 5-dən operativ və oyunlara cəlb edilmiş avtomobillər istisna olmaqla digər nəqliyyat vasitələrinin hərəkəti qadağan olunmuşdu.



