"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Sürücünü cərimə meydançasında aldadıb 50 manatını aldılar – Binəqədi DYPŞ-dən nazirə şikayət

14 Noyabr 2015 - 14:54
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Yol polisi olmadan mülkü şəxslər sürücüdən dayanma-durma qaydasını pozduğuna görə 60 manat tələb ediblər

Bakı şəhər sakini Çingiz Cəmşid oğlu Əliyev avtomobili evakuasiya olunandan sonra başına gələn hadisə ilə bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubova müraciət edib. Müraciətini Avtosfer.az saytına da ünvanlayan Çingiz Əliyev bildirib ki, noyabrın 13-də, səhər 9:05-9:15 radələrində ona məxsus avtomobil Səttar Bəhlulzadə küçəsinin Atatürk prospekti ilə kəsişməsində yerləşən aptekin qarşısından Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinə məxsus evakuator vasitəsi ilə Biləcəri qəsəbəsində yerləşən cərimə meydançasına aparılıb: «Aptekə girib-çıxdığım müddət 10 dəqiqə çəksə də, avtomobili qadağan olunmuş yerdə saxladığımdan bu barədə heç bir şikayətim yoxdur. Sadəcə, yaxşı olardı ki, qəza işıqları yanılı olan avtomobilin sahibinin yaxında ola biləcəyi nəzərə alınsın, ən azından cərimə meydançasına aparılmadan, müvafiq cəza tətbiq edilsin.

Məni sizə müraciət etməyə vadar edən, cərimə meydançasında baş verənlərdir. Mən dərhal avtomobilimin aparıldığı cərimə meydançasına getdim. Çünki yaxın adamımı xəstəxanaya aparmalı olduğumdan, avtomobilə ehtiyacım var idi. Cərimə meydançasınən qapısında mənə göstərilən «budka» ya getsəm də, qapının bağlı olduğunu və əlaqədar olacaq adamlardan heç kəsin orada olmadığını gördüm.

Çöldə dayanmış 40-45 yaşlı mülkü geyimli kişi mənə özünün də burada işlədiyini, lakin açarı olmadığından digər işçiləri gözlədiyini dedi. Təqribən yarım saat gözlədikdən sonra, saat 11-ə işləmiş daha iki nəfər 20-25 yaşlarında mülkü geyimli şəxs yaxınlaşdı və qapıları açdı. Mən sənədlərimi və avtomobilin sənədlərini təqdim edərək protokolun yazılmasını, tələsdiyimə görə məni tez yola salmalarını xahiş etdim. Həmin adamlar mənə avtomobilimi «dayanma durma qadağandır» işarəsinin altında saxladığıma görə 40 manat cərimə, 20 manat isə evakuator xərci verməli olduğumu bildirdilər. Mən etiraz edərək qanunları bildiyimi, dayanma-durma qaydalarını pozmaya görə cərimənin 20 manat olduğunu, evakuator xərci ilə birlikdə 40 manat etdiyini bildirdim. Və nəzərlərinə çatdırdım ki, mənə yazılan protokola görə cəriməni ödəmək üçün bir ay vaxt verilməlidir. Sakit formada, bir neçə dəfə xahiş eləsəm də, bu adamlar mənə DYP əməkdaşının burada olmadığına görə protokol yaza bilməyəcəklərini, 60 manat ödəməyəcəyim təqdirdə maşını cərimə meydançasından buraxmayacaqlarını dedilər. Bir neçə dəfə onları qayda- qanuna dəvət etsəm də, heç bir xeyri olmadı. Mənə xəstəxanaya tələsdiyimi nəzərə alaraq «hörmət edib» 50 manatla buraxa biləcəklərini dedilər. Əks təqdirdə, mənim Binəqədi rayon DYP Şöbəsinə gedib oradan protokol almalı olduğumu, daha sonra cəriməni ödəyib maşını çıxara biləcəyimi dedilər. Sanki mənim avtomobilim, bu üç nəfər tərəfindən mədəni şəkildə girov götürülmüşdü, buraxilması üçün də konkret məbləğ tələb edilirdi. Qanunları yaxşı bilsəm də, yaxın adamım məni xəstəxana qarşısında gözlədiyinə görə çarəsiz olduğumdan, 50 manat ödəməyə razılıq verdim. Ödədiyim pul müqabilində mənə heç bir qəbz verilmədi, rəsmi heç bir sənəd təqdim edilmədi. Adi bir “A4” vərəqdə yazılanlara qol çəkdirməklə kifayətləndilər. Buna görə də, mən ödədiyim pulun dövlət büdcəsinə çatdığına inanmıram.

Cənab nazır! Azərbaycan Respublikasının qanunları qarşısında hər bir vətəndaşın bərabər olduğunu nəzərə alaraq, Sizdən xahiş edirəm, mənim ödədiyim pulun, dövlət büdcəsinə çatıb-çatmadığını və bu adamların Azərbaycan polisinin adına ləkə gətirən hərəkətlərinin araşdırılması üçün göstəriş verəsiniz. Əks halda, ödədyim pulun mənə geri qaytarılmasını və «Yol hərəkəti haqqında» qanunun pozulmuş maddəsi üzrə protokol tərtib edilməsini tələb edirəm».

Avtosfer.az saytı olaraq bildiririk ki, cərimə meydançalarında baş verən bu hal ilk deyil. Əksər hallarda cərimə meydançalarında polis kənarda qalır, mülkü şəxslər «at oynadır» və sürücülərə də istədiyi rəqəmi deyib, pul qopardırlar. Dayanma-durma qaydasını pozmağa görə cərimə cəmi 20 manatdır. Onu da sürücüyə protokol yazıb verirlər və 10 gün ərzində banka 18 manat ödəyə bilər. Cərimə meydançasında sürücüyə «maşını nişanın altında saxlamasın» kimi hədə-qorxu gəlmək, DYP şöbəsinə getməli olduğunu bildirməklə işi uzatmaq isə asan yolla pul qazanmaq, daha doğrusu, soyğunçuluqdur.

Ümid edirik ki, vətəndaşın bu müraciəti obyektiv araşdırılacaq və Binəqədi DYPŞ-də baş vermiş bu olaya görə müvafiq tədbir görüləcək.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Terrorun ilk görüntüləri – VİDEO

Next Post

Olland etiraf etdi

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Olland etiraf etdi

`Parisdəki terroru 5 ildir yaşayırıq` - Bəşər Əsəd

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.