"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Suverenliyimizin bərpasını gələcək nəsillərə saxlamamlıyıq”

07 Noyabr 2022 - 17:31
in MANŞET

Qüdrət Həsənquliyev: “Ola bilsin, başqa vaxt suverenliyimizin bərpası indikindən xeyli çətin olacaq”

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Millət vəkili Qüdrət Həsənquliyev 8 Noyabr zəfərinin ikinci ildönümü ilə bağlı Moderator.az-a müsahibə verib. Həmin müsahibəni oxucularımızın diqqətinə çatdırırıq:
-Qüdrət bəy, Ermənistanla 44 günlük savaşın başa çatmasının iki ili tamam olur. Necə düşünürsünüz, Soçi görüşündən sonra Ermənistanla sülh müqaviləsinin imzalanması ehtimalı artdı, yoxsa azaldı?
-Sülh müqaviləsinin imzalanması ehtimalı onsuz da böyük deyildi, Putinin Soçi görüşü ərəfəsində Valday klubundakı çıxışı bu ehtimalı daha da azaltdı. Hazırda Qarabağdakı ermənilər Rusiyanın təhlükəsizlik zəmanəti altında “müstəqil dövlət “ kimi yaşayır, Ermənistan Azərbaycanla sərhəddə ATƏT-in və Avropa Birliyinin müşahidə missiyasını yerləşdirib. Ermənistana Azərbaycanla beynəlxalq hüquq əsasında sülh sazişi imzalaması üçün heç bir təzyiq yoxdur. Əksinə, Qərb ölkələri bizi sanksiyalarla hədələyir, işğalçı Ermənistana isə siyasi dəstək ifadə edirlər. Rusiya mətbuatı isə açıqdan-açığa Ermənistanı Azərbaycanla sülh sazişi imzalayarsa, Ukraynanın gününə salacaqları ilə hədələyir. Heç kim Ermənistanın Azərbaycanın 900-dən artıq yaşayış məskənini xarabazarlığa çevirib bir milyon insanı 30 il ev-eşiyindən didərgin salmasına görə məsuliyyətə cəlb olunmasını tələb etmir. Azərbaycana isə həyasızcasına deyirlər ki, sənin torpağını işğal edib insanlarına olmazın müsibətlər yaşatmış qonşu dövlətlə qarşılıqlı güzəştlər əsasında sülh sazişi imzala. Belə bir şəraitdə Ermənistan nə Zəngəzur dəhlizinin açılmasına, nə də sülh sazişinin imzalanmasına getməyəcək, Qarabağdan da hərbi birləşmələrini çıxarmayacaq. Sadəcə, 30 il dediklərini təkrarlayacaqlar, -“Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq, amma Qarabağ ermənilərinin status məsələsi həll olunmalıdır”.
-Dediklərinizdən belə anlaşılır ki, yenə də uzunmüddətli mənasız danışıqlar və mövcud vəziyyətin dondurulması gözlənilir. Azərbaycanın vəziyyəti dəyişməyə gücü çatacaqmı və biz nələrsə edə bilərikmi?
-Real gücümüzü Azərbaycanın dövlət başçısı bilir. O, daha yaxşı bilir ki, dostlarımız bizi hara qədər müdafiə edə bilər. Yaxud Laçında dövlət sərhəddimizə nəzarəti bərpa etmək istəsək Rusiya bizə müharibə elan etməyəcək ki? Regionda marağı olan başqa güclərin buna münasibəti necə olacaq və s. Kimsə düşünə blər ki, beynəlxalq hüquqa əsasən biz heç kimlə məsləhətləşmədən bunu edə bilərik. Amma həmin adamlar bilməmiş deyil ki, beynəlxalq hüquqa əhəmiyyət verən yoxdu. Mənə elə gəlir ki,hal-hazırda “Zəngəzur dəhliz”i məsələsini bir kənara qoymalıyıq. Ermənistan 10 noyabr 2020-ci il Bəyannaməsinə əməl etmədiyindən, bacararıqsa Laçında dövlət sərhəddimizə nəzarəti bərpa etməliyik. Bilməliyik ki, Qarabağa kim gedib – gəlir, ora hansı mallar daşınır. Məsələn, sərhəddə Ruben Vardanyan kimi təxribatçı casusların qulağından tutub deməliyik ki, sən Azərbaycanda nə qələt edirsən? Qarabağda yaşayan ermənilərin, bizim vətəndaşlar kimi rahatlıqlarını təmin etmək üçün, Xankəndindən Laçın üzərindən keçməklə Ermənistanla sərhəddə qədər çəkdiyimiz qısa yolla Ermənistana gedib-gəlmələrinə icazə verə bilərik. Ermənistan vətəndaşlarına isə, onlar bizə Naxçıvana təklif etdikləri yol kimi, Qarabağa gəlib-getmələri üçün Zəngilandan Araz çayının sahilindən Azərbaycana daxil olmaqla, yaxud Qazax rayonundan keçməklə yol təklif etməliyik. Bundan başqa Qarabağ bizim torpaqlar olduğu üçün Ermənistandan gələn qaz və elektrik xətləri kəsilməli, Qarabağ Azərbaycanın enerji sisteminə qoşulmalıdır. Buna görə ermənipərəst dairələrin təzyiqi ilə beynəlxalq birliyin üstümüzə gəlməsi nisbətən çətin olcaq. Qarabağ üzərində dövlətimizin suverenliyini bərpa etmək istəyiriksə, ən azından 50 % şansımız varsa, cəsarətli qərarlar qəbul etməliyik. Kənardan görsənən odur ki, əlverişli tarixi şərait yaranıb. Hərçənd biz bir çox məsələləri bilmədiyimizdən bu görüntü aldadıcı da ola bilər. Biz mövcud status-kvonun qorunub saxlanması ilə barışmamalı, ermənilərinin Qarabağda formalaşdırdığı və bizim iradəmizdən asılı olmayaraq yaşayan qondarma “dövlət”i tanımamağımızla təskinlik tapmamalıyıq. Ola bilsin, başqa vaxt suverenliyimizin bərpası indikindən xeyli çətin olacaq. Bu problemi gələcək nəsillərə saxlamamalıyıq. Əminəm ki, azacıq da olsa imkan varsa İlham Əliyev bu şansı qaçırmayacaq. Əgər suverenliyimizin bərpası istiqamətində əməli addımlar atmayacağıqs,a xalqımız qəbul etməlidir ki, deməli, buna gücümüz yetmir. Xalqımızın bu məsələdə qardaş Türkiyənin mövqeyini bilməsi də çox önəmlidir. İnsanlarımızda belə bir fikir formalaşmamalıdır ki,Türkiyə bizə böyük güclərin icazə verdiyi halda və həcmdə kömək edə bilər.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

BAXCP-dən Zəfər Günü təbriki

Next Post

Konfrans Liqası: “Qarabağ”ın rəqibi bəlli oldu

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post
UEFA “Qarabağ”ın kapitanını təbrik etdi

Konfrans Liqası: "Qarabağ"ın rəqibi bəlli oldu

Tiktok bağlandı – DTX məlumat yaydı

Naxçıvanla bağlı təxribat: DTX hərəkətə keçdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.