Məşhur Hollivud aktyoru Arnold Şvartsenegger “LinkedIn” hesabı açıb.
Aktyor bu barədə rəsmi Tvitter hesabında məlumat verib.
Şvartsenegger LinkedIn hesabında əvvəlki iş təcrübəsi haqqında aşağıdakı məlumatları təqdim edib:
1968-1972-ci illərdə bənna
2003-2011-ci illərdə Kaliforniya qubernatoru
1977-dən bu günə kimi “Oak Production”da prezident.
“Nəhayət ki, mən də LinkedIn profili yaratdım. Kiməsə bənna lazımdır?” , – aktyor bildirib.





