"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

TƏBİB və NK-nın korona ilə bağlı qoruduğu dəhşətli sirr

20 Aprel 2021 - 14:25
in XƏBƏR LENTİ

Azərbaycanda əsasən “Koronavak” (CoronaVac/Sinovac) və “AstraZenika” (AstraZenica) vaksinlərindən istifadə edilir. Son məlumata görə, Rusiyanın “Sрutnik V” vaksinlərinin alınması ilə bağlı da danışıqlar gedir.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Bu vaksinlərin bir dozası və yaxud bir nəfər üçün nəzərdə tutulan iki dozasının qiyməti neçəyədir? Azərbaycan bu vaksinlərə nə qədər vəsait xərcləyib? Nə qədər doza alınıb?

Bu statistikanı bir həftədir ki, nə TƏBİB-dən, nə də Nazirlər Kabineti yanında Operativ Qərargahdan əldə etmək mümkündür. TƏBİB bu barədə açıqlama vermək səlahiyyətində olmadığını bildirir, digər cavabdehlər isə bildirilir ki, məlumatlar açıq mənbələrdə var, istəyənlər, əziyyət çəksin, axtarsın, tapsın və hesablasın!

Çox maraqlı situasiyadır: TƏBİB-in niyə səlahiyyəti çatmır və ümumiyyətlə, bu, hansı dəhşətli sirr daşıyır ki, bundan ötrü “səlahiyyət” də axtarırlar?

Yaxud OQ niyə rəsmi statistikanı təqdim etmək əvəzinə bunu “istəyənin özünün araşdırmasına” buraxmalıdır?

Məsələn, qonşularımız az qala bütün xəbərlərində vaksinlərin alınma qiymətindən tutmuş, sayına qədər, hamısını qeyddə elan edirlər – hər gün. Burda gizlədəcək, sirr saxlayacaq nə var? Hansı vaksindən nə qədər və neçəyə alındığını elan etmək, hətta bunu bütün xəbərlərin qeydinə yazmaq niyə də mümkün olmasın?

Sadəcə, müqayisə etmək istəyirik. Məsələn, Ermənistan Sрutnik V vaksininin bir nəfər üçün iki dozasını 19 dollara aldığını bildirir. Biz Rusiya ilə danışıqlarda hansı qiymətlə müzakirə aparırıq?

“Sinovak” ən effektiv vaksinlərdən biri sayılır. Neçəyə almışıq? Başqa ölkələrlə müqayisədə vaksin bizə baha başa gəlməyib ki?

Azərbaycan vaksinləşməyə ən tez başlayan ölkələr sırasındadır, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradan və şəffaflığı təmin edən dövlətlərdənik. COVAX-a dəstək verən, ancaq burda da ikiüzlülüklə üzləşən də bizik və mümkündür ki, bu ikiüzlülüyə (mədəni adı “ikili standart”dır) görə vaksin əldə edilməsində daha artıq vəsait xərcləmiş olaq.

Bu da normaldır və elan edilməlidir.

Amma, tutaq ki, Fondun rəsmi saytında hər zad çalışır, əla da işləyir, ancaq “Fəaliyyət” bölümünün “Vəsaitlərdən istifadə” düyməsi “işləmir” – heç bir statistika əksini tapmayıb.

Vəsaitlərin hara xərclənməsi barədə pərakəndə məlumatlar var. Tutaq ki, Koronavirusla Mübarizəyə Dəstək Fondundan 14 yanvar tarixinə qədər vaksinlərin alınmasına 46,1 milyon manat sərf edildiyi haqda məlumat yayılıb.

Vaksinlər yalnız Fond tərəfindənmi alınır?

Burda da açıq mənbə yox, “hökumətdəki mənbədən mediaya bildirildiyinə görə” təqdimatından söhbət gedir.

Yanvar ayına olan məlumatda iddia edilirdi ki, Türkiyədən – “Keymen İlaç” şirkətindən 4 milyon doza vaksini 80 milyon manata alacağıq və bunun da 46,1 milyonu Fond tərəfindən ödəniləcək.

Əgər bu informasiya dəqiqdirsə, demək, biz bir vaksini 20 manata, bir adama vurulacaq iki dozanı 40 manata almışıq. Bu, “Sinovak”a aiddir, Sрutnik V isə 19 dollaradır (32,3 manat).

Deyəsən, “Sinovak”ın ən ucuz və ən keyfiyyətli olduğu bildirilmişdi, axı.

Ola bilsin ki, “Sрutnik V” ermənilərə heç 19 dollara da verilməsin – “İsgəndər-M”-i guya pulla veriblər?!

Statistika ümumi şəkildə təqdim edilsə, bunu da hesablayardıq və Qarabağda ermənilərin harayına çatan, əvəzində hər zaman ermənilərin söydüyü Rusiyanın Ermənistana daha hansı yardımları necə verdiyini müəyyənləşdirərdik.

Yeri gəlmişkən, bütün bu statistikanı Azərbaycanın Qarabağ bölgəsində rus sülhməramlılarının məsuliyyət zonasına daşınıb gətirilən ermənilər arasında vaksinasiyanın başlanması barədə xəbərlərə görə əldə etməyə çalışdıq. Ermənistan rus vaksinini olduqca az miqdarda – cəmi-cümlətanı 15 min doza alıb. 15 min doza vaksini hələ Qarabağ ermənilərinə də göndərəsi oldu?

İnandırıcı deyil. Ona görə şübhə yaranır ki, Qarabağda vaksinasiyaya Rusiyanın özü başlayıb. Görək hər həftə bir erməniyə 5 kq pulsuz qida paylayan, məktəb, yol, ev, bina təmir edib, ucqar kəndlərdə belə səyyar tibbi xidmət göstərən, Qərbin sanksiyaları fonunda Qarabağa gətirib məskunlaşdırdığı ermənilərə min tonlarla yardım paylayan ruslar ermənilər üçün vaksinasiyaya və korona-testlərinə nə qədər xərcləyir?

Rusiyanın Qərb sanksiyaları qarşısında rezervlərinin tükənmə istiqamətlərini təxmin etmək üçün maraqlı gəldi, yoxsa başqa niyyətimiz-filan yoxdur…

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Yeni SSRİ” təhlükəsi: Türkiyə ilə İttifaq Dövləti qurmalıyıq

Next Post

“AŞPA Ermənistanı mina xəritəsini verməyə məcbur edə bilmədi” – Kamal Cəfərov

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

“AŞPA Ermənistanı mina xəritəsini verməyə məcbur edə bilmədi” - Kamal Cəfərov

Merkeldən Qarabağ açıqlaması: Hörmət olunmalıdır!

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.