"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Təbriz Mirzəyev: "Azərbaycan müxalifəti iqtidar qədər bacarıqsızdır"

30 Mart 2015 - 22:26
in SİYASƏT

“Mənim üçün önəmli olan insanın öz prinsiplərinə sadiq qalmağıdır, hansısa quruma sadiq qalmağı yox”

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

tebriz“Mən kimlərin nə deməsindən asılı olmayaraq hər zaman öz fəaliyyətimlə məşğul olmuşam, hazırda gənclərin maariflənməsi üçün insan haqqları, xarici dil kursları və.s tədbirlər təşkil edirik”

Milli-Xeber.Az son vaxtlar Vətəndaş Həmrəyliyi Partiyasının rəhbərliyində təmsil olunan Təbriz Mirzəyevdən onunla klassik müxalifət arasında sosial şəbəkələrdə illərdir bitməyən qalmaqalın səbəbləri barədə açıqlama almağa qərar verdik.
Təbriz Mirzəyev: “Mən təxminən bir il öncə GAP Gənclər Təşkilatında sədr olan zaman bir sıra müxalif partiyalardan, hətta AXCP üzvü olan gənclərdən də bir çoxu həmin partiyalardan istefa verərək sədri olduğum təşkilata inteqrasiya etmişdi, bu isə AXCP rəhbərliyinin və bir çox üzvlərinin qəzəblənməsinə səbəb olmuşdu, məni hakimiyyətə işləməkdə, müxalifət daxilində gənclər arasında parçalanma yaratmaqda günahlandırırdılar.
-Bəs sizcə cəbhəçilərin sizə qarşı yönəlmiş hərəkətlərinin əsas səbəbi nədir?
Məncə ümumiyyətlə AXCP müxalifət daxilində bütün partiya və təşkilatlara qarşı “qara piar” aparır, istənilən tənqidi fikirə qarşı düşünmədən, analiz etmədən hücum əməliyatı təşkil edirlər, bir sözlə özlərini “müqəddəs” hesab edirlər. Zamanla mənimdə AXCP barədə tənqidi fikirlərim zatən aqressiv olan, Əli Kərimli fanatlarını, tənqid qəbul edə bilməyən cəbhəçi gəncləri daha da qəzəbləndirirdi. Fikrimcə onlar sədrləri kimi alternativ çıxış yolu tapmalıdırlar. Azadlıq qəzeti Əli Kərimlinin pafosla hirsini, qəzəbini tökə biləcəyi bir qəzetdir. Əli Kərimli özü üçün çıxış yolu tapıb, amma üzvlərini heç düşünməyib.
 
-Təbriz bəy, indiyədək 3 siyasi partiya dəyişməyinizin səbəbini necə açıqlaya bilərsiz?
Ölkədə çox müxalif partiya var, bir çoxunun əsl mahiyyəti zatən hərkəsə bəllidir, amma bunların içində elə partiyalar var ki, onların necə fəaliyyət göstərdiyini daha yaxşı bilmək üçün həmin partiyaların tərkibində olmalısan. Doğrudur, 3 partiya dəyişmişəm. İlk dəfə AXCP sıralarına qoşulanda həmin partiyanı, partiyanın fəaliyyətini tamam fərqli yöndə təsəvvür edirdim. Onlar ifadə azadlığı, demokratiya uğrunda savaşan insanlar kimi cəmiyyətə bəllidir, lakin zamanla orda kı, bir çox üzvləri, partiya rəhbərliyini daha dərindən tanıdıqdan sonra anladım ki, bu partiya da diktator qaydalarla idarə olunur. Üzv olduqdan 1 il sonra AXCP Gənclər Komitəsinin Ali Məclis üzvü oldum, özək təşkilatında sədr və koordinator idim, bu hadisədən sonra onlar mənim fərqli fikir söyləməmə daha sərt cavab verirdilər, çünki “onlara görə” rəhbərlikdə təmsil olunanlar hər zaman komanda oyununda iştirak etməli idi, sədrin tapşırığını analiz etmədən yerinə yetirməli idi. Bu partiyanın eynən YAP kimi fəaliyyət göstərməyinə dəfələrlə etiraz etmişdim, məsələn YAP-ın istənilən bir nümayəndəsi üzvü olduğu partiyaya qarşı bir tənqid bildirsə ya qovarlar, ya da həbs olunar, burda da sistem eyni ilə elə idi, şəxsiyyətə pərəstlik vardı, Əli Kərimliyə və funksionerlərə qarşı tənqidi fikir qəbul edilməz idi, uğrunda çalışdıqları dəyərləri heç özləridə dərk edə bilmirdi, partiyadan kim ayrılırdısa deyirdilər hakimiyyətə işləyir.
“Bu gün də vəziyyətləri dediyim kimidir, məndə bu insanların dediklərinə əməl etmədiklərini, demokratiya adından istifadə etdiklərini gördüm və oyunlarında oyunçu olmaq yerinə partiyadan istefa vermək qərarına gəldim. Fikrimcə, insan öncə nə uğrunda mübarizə apardığını bilməlidir. Mənim üçün önəmli olan insanın öz prinsiplərinə sadiq qalmağıdır, hansısa quruma sadiq qalmağı yox.”
Daha sonra isə Gələcək Azərbaycan Partiyasına üzv oldum və qısa zaman sonra Gənclər Təşkilatının seçkiləri zamanı gənclər tərəfindən təşkilatın sədri seçildim, Gənclər Təşkilatına yüzlərlə gənc cəlb etmişdim. GAP daxilində də bır sıra ciddi problemlər yaranmışdı, partiya rəhbərliyinə bir çox təkliflər versəmdə problemlərin öz həllini tapmadığını gördüm və bu səbəbdən 7 ay sonra yenə də istefa verməli oldum. İstefa verdikdən sonra son olaraq Vətəndaş Həmrəyliyi Partiyasının rəhbərliyindən bir şəxslə görüşdüyüm zaman bu partiyaya üzv olmağım təklif olundu. Bu dəfə yenə yalnış qərar verməmək üçün hər məsələni ətraflı düşündüm. Partiyanın mövcüd strukturunu, fəaliyyətini və.s bir çox məsələləri nəzərə alaraq VHP-yə üzv olmağa və burda fəaliyyətimi davam etdirməyə qərar verdim, artıq xeyli zamandır ki, burdayam və yanılmadığımı düşünürəm.
-Bəs Azərbaycanda hansı müxalif partiyanı güclü hesab edirsiniz?
Mən ölkədəki bütün müxalif partiyaları hakimiyyət qədər başarısız, uğursuz hesab edirəm, fikrimcə müxalifət “format” olunmalıdır. Mən bütün məsələlərə qlobal yanaşıram, lakin çox təəssüf ki, bir çox partiyalar, onların sədrləri, rəhbərlikləri çox kiçik məsələlərə vaxt ayırır, hətta demək olar ki, fəaliyyətlərini belə məsələlər üzərində qurular. Bəzi qurumların fəaliyyəti isə “sədrimiz status yazıb niyə bəyənmirsiz, hansısa şəxs bizə tənqidi fikir yazdı, hamımız üzərinə gedək, satqın çıxaraq” kimi məsələlər üzrə qurulub.
Öz fəaliyyətimlə müqayisə apararaq müxalifətin fəaliyyətsiz, bacarıqsız olduğunu sübut etmək məncə kifayətdir. Məni siyasi arenada dəstəkləyən yetərincə gənclər var, hətta keçmiş fəaliyyətimi bütün siyasi qurumlar izləyirdilər, sıfırdan başlayaraq bir Gənclər Təşkilatı yaratdım və bu təşkilata yüzdən çox gənc üzv cəlb etmişdim, başqa zəif partiyaları heç demirəm, bu gün ölkənin ən aparıcı gücü sayılan AXCP 20 ildən çoxdur ki, fəaliyyət göstərir, amma hazırda o partiyanın maksimum 400 gənc üzvü var. Hər hansı bir aksiyalarını və ya tədbirlərini izləsəniz bu məsələdə mənimlə razılaşarsınız. Mən sədr olduğum zaman çox çətin bir şəraitdə cəmi 7 aylıq fəaliyyətimlə minumum 100 gənci təşkilata cəlb edə bilmişdimsə, iclaslarımız da üzvlərin böyük əksəriyyətinin iştirakını təmin edə bilirdimsə, bu çox yaxşı bir göstərici sayılır və mənim potensialımın, liderlik gücümün göstəricisi hesab edilməlidir. (milli-xeber.az)
 
pia.az
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Neftçi”də müəmmalı istefa və təyinat

Next Post

"Mən sifarişlə həbs olunmuşam"

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post

"Mən sifarişlə həbs olunmuşam"

Ermənistan himni səslənəndə idmançımız niyə oturdu?

Please login to join discussion
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.