"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Təcili: Milli Məclis sabah ilk iclasına toplaşacaq

23 Noyabr 2015 - 17:50
in XƏBƏR LENTİ
 
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi sabah Milli Məclisə keçirilmiş 1 noyabr seçkilərinin nəticələrini yoxlayaraq müvafiq qərar qəbul edəcək.

Məlumata görə, elə sabah həm də V çağırış Milli Məclisin ilk iclasının keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası ötən həftə seçkilərin yekunları ilə bağlı sənədlərə baxılması üçün Konstitusiya Məhkəməsinə təqdim edib.

Qeyd edək ki, MSK yalnız bir dairədə – 90 saylı Ağdaş Seçki Dairəsində seçkinin nəticəsini ləğv etmişdi. Həmin dairədə “Azəriqazbank”ın sahibi, bitərəf Çingiz Əsədullayev qalib elən edilmişdi. Əgər Konstitusiya Məhkəməsi əlavə dairələrdə də seçkinin nəticələrini ləğv etsə, onda təkrar seçki keçirilən dairənin sayı 1 yox, bir neçə ola bilər.

Konstitusiya Məhkəməsinin sabahki iclası tezdən saat 09:30-da başlayacaq. Milli Məclisdəki mənbədən bildirilib ki, noyabrın 24-də səhər saatlarında Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini təsdiqləyəcək, günorta saatlarında isə V çağırış Milli Məclisin ilk iclası çağırılacaq.

Xatırladaq ki, Konstitusiyanın 86-cı maddəsinə görə, seçkilərin nəticələrinin düzgünlüyünü qanunla müəyyən olunmuş qaydada Konstitusiya Məhkəməsi yoxlayır və təsdiq edir. Qanunvericiliyə əsasən, Konstitusiya Məhkəməsi göstərilən sənədləri ona təqdim olunandan sonra 10 gün müddətində yoxlayır.

Dairə seçki komissiyalarının protokolları bu Məcəllənin tələblərinə cavab verdikdə Konstitusiya Məhkəməsi seçkilərin yekunlarını təsdiq edir. Konstitusiya Məhkəməsinin bu qərarı qətidir.

Konstitusiyanın 88-ci maddəsinin I bəndinə əsasən, Milli Məclisin yeni seçilmiş 83 deputatının səlahiyyətləri təsdiqlənəndən sonra bir həftədən gec olmayaraq parlamentin ilk iclası keçirilməlidir.

Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq, parlamentin ilk iclasını ən qocaman deputat açır, yeni seçilən deputatların siyahısını oxuyur və sədr seçilənədək birinci iclası aparır. Onun təklifi ilə Hesablayıcı Komissiya və bu barədə qərar qəbul edildikdən sonra sədr seçiləcək.

Məlumata görə, Milli Məclisin qalib elan edilmiş yeni üzvləri arasında ən qocaman deputatı isə xalq artisti, bitərəf Zeynəb Xanlarovadır. 1936-ci il təvəllüdlü (79 yaş) Zeynəb Xanlarova növbəti 5 il müddətinə 50 saylı Abşeron-Qobustan seçki dairəsindən deputat seçilib.

Amma Zeynəb Xanlarovanın V çağırış Milli Məclisin ilk iclasına sədrlik edəcəyi şübhə doğurur. Məsələ burasındadır ki, 2010-cu ildə IV çağırış Milli Məclisin ilk iclasını ən yaşlı deputat Cəlal Əliyev açmalıydı, lakin o xəstə olduğundan parlamentə gəlməmişdi. Bu səbəbdən də o zaman IV çağırış Milli Məclisin ilk iclasını parlamentin digər yaşlı deputatı kimi Zeynəb Xanlarova deyil, Fəttah Heydərov (1938-ci il təvəllüdlü) açmışdı.

Çox gümanki, Zeynəb Xanlarova bu dəfə də iclası açmaq səlahiyyətini Fəttah Heydərova güzəştə gedəcək…

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Türkmənlər o dağı geri aldılar – Əsəd ordusu darmadağın edildi

Next Post

Vidadi Zeynalov kabinetindən xəzinə çıxmasını inkar edir

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Vidadi Zeynalov kabinetindən xəzinə çıxmasını inkar edir

"Banklar zəli kimi xalqın qanını sorurlar" - Fəzail Ağamalı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.