"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Təcili yardım maşınları çağırış yerinə niyə gec gəlir?

26 Noyabr 2014 - 12:51
in XƏBƏR LENTİ
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası (BŞTTTYS) həkim briqadasının çağırış yerinə gec gəlməsinin səbəblərini açıqlayıb.img1688357
Bu barədə “Report”a danışan stansiyanın baş həkimi Mürsəl Həmidov deyib ki, gün ərzində BŞTTTYS-ə müraciət edənlərin sayı kifayət qədər olsa da, briqadaların lazımi ünvana vaxtında çatmasında müəyyən problemlər yaranır.
Onun sözlərinə görə, mövcud problem nə rəhbərlikdən, nə də işçilərdən asılı deyil: “Əsas səbəblər gün ərzində şəhərin mərkəzi küçələrində müşahidə olunan tıxacların olması, sürücülərin “Təcili tibbi yardım” maşınlarına yol verməməsi, yeni binaların nömrələnməməsidir. Bəzən “Təcili tibbi yardım” maşınları keçid üçün yol istəyir, lakin digər avtomobillərin sürücüləri onlara yol vermirlər. “Təcili tibbi yardım” maşınları onlara yol vermədiyinə və ya yollardakı tıxacda qaldığına görə çağırış ünvanına vaxtında gedib çata və ya xəstəni xəstəxanaya vaxtında çatdıra bilmir. Bu isə çox vaxt ciddi problemlər törədir”.
M.Həmidov vurğulayıb ki, BŞTTTYS-də yaradılan struktura görə həkim briqadası hər bir ünvana 15-20 dəqiqə ərzində çatmalıdır: “Elə yer də ola bilər ki, həmin əraziyə 5 dəqiqəyə çata bilərik. Mövcud problemləri aradan qaldırmaq üçün müxtəlif çıxış yollarından istifadə edirik. Yəni, çağırışların intensiv vaxtlarında, eləcə də ən pik vaxtlarda, yəni saat 16.00-dan gecə 00.00-a kimi çalışırıq ki, briqadalarımız olduqları ərazilərdən uzaqlaşmasınlar. Onların olduqları yeri mərkəzdən də görürük. Çünki hər bir maşına GPS quraşdırılıb”.
“Təcili tibbi yardım”larda dərman çatışmazlığı ilə bağlı deyilənlərə toxunan baş həkim hesab edir ki, bu iddiaların əsası yoxdur.
“İlk növbədə bilmək lazımdır ki, bizim həkimlər xəstə müalicə etmir. İşçilərimiz sadəcə xətəyə ilkin tibbi yardım göstərir və zərurət yarandığı təqdirdə insanları xəstəxanaya aparırlar. Buna görə də həkim briqadamız ilkin təcili tibbi yardım üçün lazım olan bütün dərman vasitələri ilə tam təmin olunublar. Bununla yanaşı, hər bir maşında süni tənəffüs aparatı və digər zəruri avandanlıqlar var. Dərmanların kifayət qədər olması üçün gərək həmin maşının arxasınca ikinci maşın da getsin”, – deyə, M.Həmidov əlavə edib.
Stansiyaya gün ərzində orta hesabla 1600-1700 çağırış olduğunu bildirən M.Həmidov deyib ki, qarlı havada, güclü külək olanda, xüsusilə də bayram və istirahət günlərində çağırışların sayı 2000-ə yüksəlir: “Ən çox müraciət olunan xəstəliklər arasında ürək-qan damar sisteminin pozulması, ağciyər xəstəlikləri, uşaqların temperaturunun yüksəlməsi, məişət travmaları üstünlük təşkil edir. Yol-nəqliyyat hadisələri nəticəsində tramva alanların sayı isə son 3-4 gündə daha da çoxalıb”.

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Hansı deputatların kredit borcu var… – (Sorğu)

Next Post

Gülər Əhmədovaya BDU-da yenidən dərs verilə bilər

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Gülər Əhmədovaya BDU-da yenidən dərs verilə bilər

Baş Prokurorluğun keçmiş işçisinə 13 il iş istənildi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.