TƏHLÜKƏ: Bakının bu çimərliklərinə getməyin

Bunu da oxuyun

TƏHLÜKƏ: Bakının bu çimərliklərinə getməyin
“Dəniz suyu nümunələrinin monitorinqinin nəticələrinə görə, Abşeron yarımadasında Səbail rayonunun Şıx çimərliyi və Qaradağ rayonunun Sahil çimərliyi çimmək üçün yararsız hesab olunub”.

Elchi.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitariya-gigiyena şöbəsinin müdiri Ziyəddin Kazımov deyib.

Onun sözlərinə görə, yerdə qalan çimərliklərdə dəniz suyu standartlara cavab verir: “İki rayonun ərazisindən götürülən nümunələrdə bağırsaq çöpləri həddən artıq çoxdur. Buna görə həmin ərazilərdə vətəndaşların çimməsi məqsədəuyğun sayılmır”.

Beləliklə, adı qeyd olunan iki çimərliklə əlaqədar olaraq 2010-cu ildə qəbul olunan 83 saylı qərar qüvvədə saxlanılıb.

Qeyd edək ki, monitorinqlərə may ayının 16-dan başlanılıb. Monitorinqləri Gigiyena və Epidemiologiya Mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Monitorinq İdarəsi ilə birgə keçirib.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728