"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Təhsilə Heydər Əliyev qayğısı – Firuzə Rzayeva yazır

26 May 2023 - 12:27
in MÖVQE

Firuzə Ədalət qızı Rzayeva
Azərbaycan Dillər Universitetinin dosenti

Bunu da oxuyun

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Azərbaycan xalqının Ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətində təhsil məsələləri xüsusi yer tutur. Ulu Öndərimiz ölkənin və xalqın taleyində, hərtərəfli tərəqqisində, uğurlar qazanmasında təhsilin xüsusi rolunu, əhəmiyyətini həmişə nəzərə almış, yüksək dəyərləndirmişdir. Dahi rəhbər deyirdi: “Bir dövət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o, mütləq, hər şeydən çox təhsilə fikir verməlidir. Təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır”.

Ulu öndər təhsilin məzmun və mahiyyətini, səmərəliliyini yüksək qiymətləndirmiş, müəllim əməyinin şərəfi haqda dönə-dönə danışmış, tələbələrin vəzifələri barədə dəyərli fikirlər söyləmişdir. Bütün həyatı boyu Azərbaycan təhsilinin hərtərəfli inkişafı qayğısına qalması onun bu sahəyə münasibətini açıqlayır. O, Azərbaycana rəhbərlik etdiyi illər boyunca, həm sovet dönəmində, həm də müstəqillik dövründə, bu sahədə böyük inkişafa rəvac verən sistemli tədbirlər həyata keçirmişdir. Uzaqgörən dövlət xadimi təhsilə yalnız savad, bilik qazanmaq, elm öyrətmək imkanı kimi baxmamış,bütövlükdə, hər bir insanın həyatını düzgün qurmasında təhsilin önəmli rola malik olduğunu vurğulamışdı. Cəmiyyətin inkişafı vətəndaşlarının təhsil və tərəqqi səviyyəsindən, mövqeyindən birbaşa asılıdır. İctimai-siyasi proseslərdə təhsilli vətəndaşların daha yaxından və səmərəli iştirak etdiyini nəzərdə tutan Ulu öndər belə deyirdi: “Həyat böyük prosesdir. Bu prosesdə uğurla iştirak etmək üçün insan müasir tələblərə uyğun təhsilə malik olmalıdır”.

Ali və orta ixtisas təhsili müəssisələri Ulu öndərin daim diqqət mərkəzində olmuşdur. 1969-cu illə müqayisədə 1982-ci ildə ali təhsil ocaqlarının sayı 12-dən 17-yə, tələbələrin sayı isə 70 mindən 100 minə yüksəlmişdir. 1970-1980-ci illərdə dahi rəhbərin təşəbbüsü və qayğısı ilə SSR-nin 170-dən çox ali məktəbində Azərbaycanın müxtəlif sahələrdə ehtiyacı olan 250-dən çox ixtisas üzrə 15 mindən çox azərbaycanlı gənc ali təhsil almışdır.

Heydər Əliyev, həmçinin ali məktəb müəllimini də yüksək qiymətləndirir və onlara yüksək tələblər verirdi. O, göstərirdi ki, ali məktəb adı hər bir adamın üzərinə yüksək məsuliyyət qoyur. Fənni bilmək, hərtərəfli məlumata malik olmaq, ideyalılıq və başqa bu kimi keyfiyyətlər hər bir müəllim üçün zəruridir. Ali məktəb müəllimi həm də tərbiyəçidir. Yüksək mənəvi keyfiyyətlərə malik olmaq, daim ünsiyyətdə olduğu gənclərə nümunə göstərmək müəllimin borcudur. Əgər müəllim bütün bu keyfiyyətlər kompleksinə malik deyilsə, əgər öz sahəsində səriştəli mütəxəssis və gənc nəslin həqiqi tərbiyəçisi olmağa çalışmırsa, deməli,o, ali məktəbdə müəllimlik peşəsi üçün yararsızdır.

Bu keyfiyyətlərlə yanaşı, Ulu öndərimiz hər bir ali məktəb müəlliminin yüksək nitq mədəniyyətinə və digər bir sıra pedaqoji keyfiyyətlərə malik olmasını yüksək qiymətləndirir və bunların ali məktəb müəlliminin fəaliyyətində böyük əhəmiyyəti olduğunu qeyd edirdi.

Xalqımızın Ümummilli lideri təhsilimizin təəssübkeşi olmuş, onu həmişə strateji sahə kimi diqqət mərkəzində saxlamışdır. Tələbə qəbulundan tutmuş təhsil sisteminin təkmilləşdirilməsinə kimi hər bir məsələyə diqqətlə yanaşmış, ayrı-ayrı fənlərin tədris keyfiyyətinin yüksəldilməsini vacib hesab etmişdir.

Heydər Əliyev gəncləri sevirdi, onların təhsili ilə daim maraqlanırdı. Dahi liderimiz 2001-ci ildə gənclər günü münasibətilə görüşdə demişdir: “Gənclərimiz təkcə Azərbaycanda deyil, müxtəlif dilləri mənimsəyərək bir çox ölkələrdə, xüsusən Avropada təhsil alırlar və öz yüksək səviyyələrini göstərirlər. Hər bir gənc təhsil almalıdır”. Bu sözlər hər bir gəncin qarşısında böyük vəzifələr qoyur, onları daha yaxşı oxumağa və çalışmağa ruhlandırırdı.

Bu qayğının nəticəsi olaraq Azərbaycan hökuməti 2001-ci ildə Azərbaycan vətəndaşlarının xaricdə təhsil alması ilə bağlı sərəncam verdi. Bu sərəncam azərbaycanlı gənclərin xaricdə təhsil alması işinə xüsusi yardım etdi. Bu gün yüzlərlə azərbaycanlı gənc Avropanın qabaqcıl ali məktəblərində təhsil alır.

Ümumxalq məhəbbəti qazanmış dünyaşöhrətli Heydər Əliyevin zəngin ədəbi irsində elmin, təhsilin, incəsənətin, mədəniyyətin, ədəbiyyatın, maarifin məzmunu, ideyası, tərbiyəvi təhsil qüvvəsi ətraflı şərhini tapır, öyrənilməsinin səmərəli üsulları müəyyənləşdirilir və parlaq proqramı aşkarlanır. Ulu öndərimizin tövsiyyələri uzun illər fəaliyyət proqramı kimi təhsil işçilərinə yol göstərəcəkdir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Medvedev: “Ukrayna “Koreya ssenarisi” üçün sınaqdan keçirilir”

Next Post

Szinpin İlham Əliyevi təbrik etdi

Bənzər yazılar

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

06 May 2024 - 15:22

Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

06 May 2024 - 14:52

Siyasətçi Qluksmann: Siz Makronun etdiyi kimi Xi üçün qırmızı xalça keçə bilməzsiniz. Elchi.az xəbər verir ki, Fransalı siyasətçi, Avropa Parlamenti seçkilərində Sosialist...

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

05 May 2024 - 12:37

Rusiya PUA-larla Ukraynanın şimalındakı Xarkov şəhərini vurub. Hücum zamanı biri uşaq olmaqla 5 mülki şəxs yaralanıb. Elchi.az xəbər verir ki, Rusiya...

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

02 May 2024 - 10:45

ABŞ müdafiə naziri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Gallant ilə telefon danışığında İsrailin Rəfah şəhərinə qurudan gözlənilən hücum planını...

Next Post
Szinpin İlham Əliyevi təbrik etdi

Szinpin İlham Əliyevi təbrik etdi

BMT Aİ ölkələrini “uzunmüddətli islahat” etməyə çağırır

BMT Aİ ölkələrini "uzunmüddətli islahat" etməyə çağırır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.