"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Təhsil eksperti: “Bu durum təhsil işçiləri arasında sosial ədavət yaradacaq”

25 Avqust 2022 - 11:23
in TƏHSİL

“Ümumilikdə ölkə üzrə məktəblərin 20 faizinə qədər rəhbərlərinin maaşlarına mövcud əlavələrin verilməsi şamil ediləcək. Yəni ölkədəki 4500-ə yaxın məktəbin 850-dən bir qədər artığına bu əlavə məbləğlərin verilməsi mümkün oldu. Əmək haqqına əlavələr verilən bu məktəblər şagird sayı çox olan, əsasən şəhər və qəsəbələrdəki dövlət nəzarətinin onsuz da güclü olduğu yerlərdə yerləşir. Bu o deməkdir ki, şəhərətrafı və regionlarda yerləşən, ictimai nəzarətin belə zəif olduğu məktəblərin rəhbərlərinə bu əmək haqqına əlavələr şamil edilmədi”.

Bunu da oxuyun

Bakı məktəbindən nümunəvi addım

DİM imtahanlarla bağlı məlumat yaydı

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə start verilir

Elchi.az xəbər verir ki, bu barədə təhsil üzrə ekspert Kamran Əsədov FB hesabında açıqlayıb.

Ekspertin sözlərinə görə, məktəb rəhbərlərinin əmək haqlarına əlavələrin minimum məbləği belə onların vəzifə maaşlarına təqribən bərabər, maksimum həddi isə bundan dəfələrlə çoxdur:

“Hər hansı əmək haqqına ondan 2,5 dəfəyə qədər, yəni minimum əmək haqqından 5 dəfəyə qədər çox məbləğin əlavə edilməsi anlayışının iqtisadi əsasının isə mümkün olmaması tam aydındır. Belə çıxır ki, bu məbləğlərə əmək haqları əlavə hesab olunmalıdır.Təhsil sistemində 5 faizə qədər müəllimin əmək haqqının 150 manat olduğu bir şəraitdə hər hansı direktorun ondan 5 dəfəyə qədər artıq maaşına 1500 manatlıq əlavənin də edilməsini ancaq hərbi demokratiya dövründə haqq qazandırmaq olar.
Beləliklə sertifikatlaşmadan sonra belə 5000 müəllimin ən yaxşı halda 200 manat maaş alacağı halda hansısa bir direktorun 2000 manat civarında maaş alması təhsil müəssisələrində sosial ədavət yaradacaq. Ölkə məktəblərində çalışan müəllimlərin 60 faizə qədəri 18 saatdan az dərs yükünə malikdirlər və bu o deməkdir ki, onlar 1 stavka həcmində belə maaş almaq imkanından məhrumdurlar. Hazırda ortalama 500 manat civarında maaş alan ölkə müəlliminin əmək haqları sertifikatlaşmadan sonra, yəni növbəti 5 il ərzində nəticələrinə uyğun 600 manat və cüzi hissəsinin maaşı isə 700 manat olacaq. Belə bir şəraitdə məktəb rəhbərlərinin cüzi bir hissəsinin maaşlarına şamil edilən bu əlavələr təkcə müəllimləri və digər məktəb rəhbərlərini deyil, məktəbdə çalışan digər yardımçı pedaqoji heyəti də qıcıqlandıracaq. Ümumiyyətlə işçilər arasında 10 dəfəyə qədər maaş fərqi nəinki eyni təhsil müəssisəsində, hətta başqa müəssiələrdəki bundan aşağı maaş alan digər məktəb rəhbərlərini də demotivasiya edəcək”.

K.Əsədov hesab edir ki, məktəb rəhbərlərinin əmək haqlarına əlavələr “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda göstərilən ödəniş dərəcələrinə uyğun olarq, yəni şagirdlərin sayı 100 nəfərədək olduqda, 100-dən 300-dək olduqda, 300-dən 800-dək olduqda və 800 və daha çox olduğu ardıcıllıqla, minimum əmək haqlarını və ya ən pis halda vəzifə maaşlarının məbləğlərini keçmədən hamıya verilməli idi.

Şayəstə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Avropa İttifaqı müharibə yolundadır – Mariani

Next Post

Meksikada mafia qruplaşmaları arasında toqquşma: 8 ölü

Bənzər yazılar

Bakı məktəbindən nümunəvi addım

Bakı məktəbindən nümunəvi addım

02 May 2024 - 18:17

30 aprel tarixində "Cığır" MDİD ictimai birliyi dövlətçilik siyasətinə və ənənələrinə sadiq qalaraq cəmiyyətdə müsbət sosial təsir yaratmağa hədəflənmiş növbəti...

DİM imtahanlarla bağlı məlumat yaydı

DİM imtahanlarla bağlı məlumat yaydı

02 May 2024 - 15:30

Dövlət İmtahan Mərkəzi mayın 5-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirəcək. DİM-dən  Elchi.az-a bildirilib ki, imtahanlar...

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə start verilir

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə start verilir

22 Aprel 2024 - 19:31

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə 23 aprel saat 11:00-da start veriləcək. Elchi.az xəbər verir ki, bu...

Birinci sinfə qəbul prosesi başlayır – Tarix

Birinci sinfə qəbul prosesi başlayır – Tarix

18 Aprel 2024 - 13:21

Mayın 1-dən uşaqların birinci sinfə qəbul prosesi başlayacaq. Elchi.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin...

Next Post
Meksikada mafia qruplaşmaları arasında toqquşma: 8 ölü

Meksikada mafia qruplaşmaları arasında toqquşma: 8 ölü

AzTV nə qədər zərərlə işləyib?

AzTV nə qədər zərərlə işləyib?

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.