"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Təhsil Nazirliyi müəllimlər arasında etimad qazanmağa çalışmalıdır”-Professor

23 Avqust 2022 - 22:07
in TƏHSİL

“Təhsilverənlərin sertifikatlaşdırılması prosesi mərhələli şəkildə həyata keçirilir. İlk mərhələdə ibtidai sinif müəllimlərinin sertifikasiya imtahanları keçirilir, imtahanlar avqustun 30-31-də olacaq. Bununla əlaqədar olaraq, Təhsil Nazirliiyinin ötən həftə təşkil etdiyi sınaq imtahanlarında müəllimlərin iştirakçılıq səviyyəsi aşağı olub”.

Bunu da oxuyun

Bakı məktəbindən nümunəvi addım

DİM imtahanlarla bağlı məlumat yaydı

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə start verilir

Elchi.az–ın məlumatına görə, bu fikilərini Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri, professor Qubad İbadoğlu Feysbuk hesabında qeyd edib:

Q.İbadoğlunun sözlərinə görə, müəllimlər arasında belə bir rəy formalaşıb ki, Nazirlik sınaq imtahanlarını müəllimlərin hazırlıq səviyyəsi barədə məlumatlı olmaq və əsas imtahanın suallarını daha da sərtləşdirmək üçün keçirir:

“Müəllimlərin öz nazirliklərinə güvənməməsi nəticəsində bu əhəmiyyətli konsepsiya müvəffəqiyyətsizliyə düçar olub. Sizcə, müəllimlərin inanmadığı Təhsil Nazirliyinə ictimayyət nədən güvənməlidir? Odur ki, Təhsil Nazirliyi ilk növbədə müəllimlər arasında etimad qazanmağa çalışmalıdır”.

Professor qeyd edib ki, hər bir ölkədə təhsilin keyfiyyət göstəricilərindən biri də müəllimlərin güzəranı sayılır. Təəssüf hissi ilə demək istərdim ki, Azərbaycanda bu sahədə vəziyyət çox acınacaqlıdır, xüsusilə də hazırki yüksək inflyasiya şəraitində müəllimlərin dolanışığı çətinləşir. Diqqət edin, ölkədə muzdlu işçilərin 19,2 faizini və ya 330,2 min nəfəri təşkil edən təhsil işçilərinin orta aylıq əmək haqqı 625,4 manat təşkil edir ki, bu da orta aylıq əmək haqqından 24,6 faiz, mədənçıxarma sənayesində işləyənlərin orta aylıq əmək haqqından 5,44 dəfə, maliyyə və sığorta fəaliyyətində çalışanların orta aylıq əmək haqqından 3,46 dəfə, dövlət idarəetməsi və müdafiə; sosial təminat sahəsində çalışanların orta aylıq əmək haqqından 1,84 dəfə aşağıdır.

Son zamanlar 500+ şagirdi olan dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin vəzifə maaşlarına aylıq əlavələrin nəticəsində müəllimlərin məvacibləri ilə menecerlərin maaşları arasında fərqi kəskin artırıb. Məsələn, Nazirlər Kabinetinin son qərarı ilə 2500-dən çox şagirdi olan məktəb direktorunun vəzifə maaşına aylıq əlavə 1500 manat, direktor müavinlərinin vəzifə maaşına aylıq əlavə 500 manat müəyyənləşdirilib. Bu qərarla sentyabrın 1-dən keçid balını toplayıb sertifikatlaşdırmanın test mərhələsində 50 baldan yuxarı bal toplamış təhsilverənlərin maaşı tədris etdikləri dərs saatına görə 35 faiz, keçid balını toplamış digər təhsilverənlərin maaşı tədris edilən dərs saatına görə 10 faiz artacaq. Bu artım 5 ili tamam olmayan müəllimlərə, diaqnostikadan keçən müəllimlərə, məktəb psixoloqlarına, uşaq birliyi rəhbərinə şamil edilməyəcək.

Yekun olaraq qeyd etmək istərdim ki, sentyabrın 1-dən 500+ şagirdi olan bütün ümumi təhsil müəssisələrinin direktor ve direktor müavini vəzifəsində çalışan şəxslərin əmək haqqına əlavələr edildiyi halda, müəllimlərin əmək haqqı artımı yalnız sertifikasiyadan keçənlərə dərs saatına görə şamil olunur. Mən 500+ şagirdi olan məktəb direktorlarının və direktor müavinlərinin vəzifə maaşlarına əlavələr edilməsinin əleyhinə deyiləm, hesab edirəm ki, rəhbərlərin məvacibi yüksək olmalıdır, amma bu artım müəllimlərlə rəhbərlərinin maaşları arasında böyük fərq yaratmalı deyil. Odur ki, sentyabrın 1-dən 10 faizlik əmək haqqı artımı bütün təhsil işçilərinə şamil olunmalı, sertifikasiyadan keçən müəllimlərin hamısının maaşları isə 35 faiz artırılmalıdır”.

Yeganə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Polşa Prezidenti: “Əminəm ki, Ukrayna bu müharibədən qalib çıxacaq”

Next Post

Darya Duqina dəfn edildi

Bənzər yazılar

Bakı məktəbindən nümunəvi addım

Bakı məktəbindən nümunəvi addım

02 May 2024 - 18:17

30 aprel tarixində "Cığır" MDİD ictimai birliyi dövlətçilik siyasətinə və ənənələrinə sadiq qalaraq cəmiyyətdə müsbət sosial təsir yaratmağa hədəflənmiş növbəti...

DİM imtahanlarla bağlı məlumat yaydı

DİM imtahanlarla bağlı məlumat yaydı

02 May 2024 - 15:30

Dövlət İmtahan Mərkəzi mayın 5-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirəcək. DİM-dən  Elchi.az-a bildirilib ki, imtahanlar...

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə start verilir

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə start verilir

22 Aprel 2024 - 19:31

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə 23 aprel saat 11:00-da start veriləcək. Elchi.az xəbər verir ki, bu...

Birinci sinfə qəbul prosesi başlayır – Tarix

Birinci sinfə qəbul prosesi başlayır – Tarix

18 Aprel 2024 - 13:21

Mayın 1-dən uşaqların birinci sinfə qəbul prosesi başlayacaq. Elchi.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin...

Next Post
Darya Duqina dəfn edildi

Darya Duqina dəfn edildi

Ermənilərə Azərbaycan vətəndaşlığı necə veriləcək? – VİDEO

Ermənilərə Azərbaycan vətəndaşlığı necə veriləcək? – VİDEO

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.