"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Təhsil Nazirliyindən prorektorlarla bağlı — AÇIQLAMA

06 Dekabr 2017 - 11:42
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Təhsil Nazirliyindən prorektorlarla bağlı
Ali məktəb prorektorlarının attestasiyasının keçirilməsi yalnız Təhsil Nazirliyinin (TN) tabeliyində olan təhsil müəssisələrinin prorektorlarına şamil ediləcək.

Elchi.az xəbər verir ki, bunu Trend-ə Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsil şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov bildirib.

Onun sözlərinə görə, digər nazirlik və komitələrin tabeliyində olan ali məktəblər, eyni zamanda, özəl ali təhsil müəssisələrinin prorektorlarının attestasiyadan keçirilməsi TN-nin səlahiyyətinə aid deyil.

Prorektorların attestasiyasının keçirilməsinin hələlik yalnız layihə olduğunu nəzərə çatdıran sektor müdiri əlavə edib ki, layihənin icrasına başlanıldıqda attestasiya ali məktəblərdəki bütün prorektorları əhatə edəcək.

S.Gözəlov qeyd edib ki, təhsil müəssisəsində ideoloji işlə bağlı fəaliyyət göstərən prorektor istisna olmaqla, bütün prorektorlar, yəni təsərrüfat, tədris, elm, tərbiyə işləri üzrə prorektorlar attestasiyadan keçiriləcək: “Bu, bir növ monitorinq xarakteri daşıyır. Onlara fəaliyyətləri ilə bağlı müəyyən tövsiyələr veriləcək. Ali məktəblərdə kifayət qədər uzun müddət prorektor işləyən şəxslər var. Onların, həqiqətən də, müəyyən qədər attestasiyasına ehtiyac var. Ancaq bu, layihədir. Attestasiyanın nə zaman keçiriləcəyi, aparılma metodikasının necə olacağı hələ konkretləşdirilməyib. Attestasiya ilə bağlı nazirliyin konkret qərarı olacaq. Qərar qəbul olunduqdan sonra onun keçirilməsi üçün müəyyən meyarlar müəyyənləşdiriləcək”.

S.Gözəlov ali məktəblərdə attestasiyaya yalnız prorektorların cəlb edilmə səbəbini də açıqlayıb.

Onun sözlərinə görə, ali məktəblərdəki professor-müəllim heyəti ali təhsil müəssisəsinin özü tərəfindən seçilir: “Bu məsələ ali məktəblərin özlərinin səlahiyyətinə daxildir. Rektorların təyini prezident tərəfindən həyata keçirilir. Prorektorlar isə Təhsil Nazirliyi tərəfindən təyin edilir. Ona görə də attestasiyanın prorektorlar üçün aparılması nəzərdə tutulur”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Pakistandan Qarabağ məsələsində Azərbaycana tam dəstək

Next Post

İlham Əliyev “Bakutel-2017” sərgisi ilə tanış oldu

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

İlham Əliyev “Bakutel-2017” sərgisi ilə tanış oldu

Rusiyanın Azərbaycandakı səfiri vəzifəsinə bir neçə namizəd var — Rusiya XİN

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.