"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Təhsil Nazirliyindən şahmatın tədrisi ilə bağlı – AÇIQLAMA

07 Noyabr 2017 - 11:02
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Təhsil Nazirliyi orta məktəblərdə şahmat fənninin tədrisi ilə bağlı açıqlama verib.

Elchi.az xəbər verir ki, Təhsil Nazirliyindən Trend-in sorğusuna cavab olaraq, şagirdlər arasında şahmatın geniş təbliğ edilməsi, bu idman növünə meyil və marağın gücləndirilməsi məqsədilə Beynəlxalq Şahmat Federasiyası, Azərbaycan Şahmat Federasiyası və Təhsil Nazirliyi arasında imzalanmış birgə memoranduma əsasən şahmat ümumtəhsil məktəblərinin tədris fənləri sırasına daxil edilib. Bu qərar qəbul edilərkən şahmatın zehni fəaliyyəti, yaddaş və intellekti inkişaf etdirməsi, şagirdlərdə qətiyyətlilik, mübarizlik, soyuqqanlılıq, sağlam rəqabət kimi keyfiyyətləri formalaşdırması, sağlam həyat tərzinə zəmin yaratması və digər arqumentlərə istinad edilib.

2012-ci ildən başlayaraq pilot layihə kimi hər rayon və şəhərdən seçilmiş bir ümumtəhsil məktəbinin 2-ci siniflərində şahmatın tədrisinə başlanılıb, sonradan layihənin əhatə dairəsi genişləndirilib.

2016-2017-ci tədris ilində respublikanın 493 məktəbinin 4733 II-IV siniflərində 105502 şagirdə şahmat fənni tədris olunub.

Hazırda 491 ümumtəhsil məktəbinin 2-ci, 3-cü və 4-cü siniflərində 120 min şagird əhatə olunmaqla şahmat fənni tədris olunur. Bununla əlaqədar həmin fənnin tədris planı və proqramı, “Şahmat-2”, “Şahmat-3” elektron dərs vəsaitləri, 2-ci, 3-cü və 4-cü siniflər üçün “Şahmat” dərsliyi, “Zirvəyə doğru” adlı metodik vəsait hazırlanaraq pilot ümumtəhsil məktəblərinə və şahmat məktəblərinə verilib, şahmat fənnini tədris edən müəllimlər üçün ixtisasartırma kursları təşkil edilib. Təhsil Nazirliyi tərəfindən bu fənn tədris olunan bütün ümumtəhsil məktəblərində monitorinq keçirilib, ehtiyaclar müəyyən edilərək təhsil müəssisələri müvafiq şahmat avadanlıqları və ləvazimatları ilə təmin olunub.

Hazırda Təhsil Nazirliyi sistemində 70-dən çox idman məktəbində şahmat bölməsi fəaliyyət göstərir. Bu məktəblərdə 19 minə yaxın məktəbli bu qədim oyunun sirlərinə yiyələnir.

Nazirlikdən əlavə edilib ki, bu fənnin tədrisinin gələcək dərs illərində də davam etdirilməsi nəzərdə tutulub.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycanda notariusların işi asanlaşır

Next Post

Nöqsanlara yol verən vəzifəli şəxslərə ciddi xəbərdarlıq

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

Nöqsanlara yol verən vəzifəli şəxslərə ciddi xəbərdarlıq

Cəbhədə düşmən təxribatı — Cəbhəboyu ərazilərimiz atəşə tutuldu

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.