Balakən rayonunda yanğın hadisəsi baş verib.
Balakən rayonunda yanğın hadisəsi baş verib.
ANS PRESS-in FHN-ə istinadən verdiyi xəbərə görə, Balakəndə Təhsil Nazirliyinin balansında olan ümumi sahəsi 600 kv.m birmərtəbəli Uşaq Texniki Yaradıcılıq Mərkəzinin “Qızıl Aypara Cəmiyyəti” tərəfindən icarəyə götürülən 1 otağının yanar konstruksiyaları və içərisində olan avadanlıqlar 16 kv.m sahədə yanıb.
Yanğın saat 23:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
ANS PRESS



