"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Təhsil şöbəsinin müdiri: “Vilyam Hacıyev məni sıxışdırırdı, pul verdim düzəldi”

28 Mart 2022 - 15:47
in HADİSƏ

İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bunu da oxuyun

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

Elchi.az-ın xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə icra nümayəndələri və sahibkarlıqla məşğul olan şəxslər dindirilib. Rayon kəndlərinin birində icra nümayəndəsi işləyən Əli Qurbanov ifadəsində təyinat üçün Ərazi idarəеtmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Mirzə Quliyev vasitəsilə 4 min manat pul verdiyini deyib.

İmişli Rayon Təhsil Şöbəsinin müdiri Ələmdar Quliyev isə təyinat üçün heç bir rüşvət vermədiyini, Təhsil Nazirliyinin keçirdiyi müsabiqədən keçib işə başladığını bildirib. Şahidin hazırkı ifadəsi ilə istintaq zamanı dedikləri arasında ziddiyyətlər olduğu üçün əvvəlki ifadəsi elan olunub. Ələmdar Quliyev müstəntiqə ifadəsində Vilyam Hacıyevin kadrı olmadığı üçün sıxışdırıldığını, yalnız baş mühasib Cəmil Musayevə rüşvət verdikdən sonra vəziyyətin düzəldiyini qeyd edib.

Prosesin davamında Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin İmişli rayonu üzrə baş məsləhətçisi Aslan Abduləzimov ifadə verib. Şahid istintaqa verdiyi ifadəsində bacısı oğluna məcburi köçkünlər üçün tikilmiş binadan iki otaqlı ev almaq üçün baş mühasib Cəmil Musayevə 10 min manat pul verdiyini deyib.

İmişli şəhəri üzrə sabiq icra nümayəndəsi Cavid Sarıyev isə təyinat alarkən İcra Hakimiyyətinin baş mühasibi Cəmil Musayev vasitəsilə 15 min manat verdiyini bildirib.

Prosesdə son olaraq beton qarışdırma sexində işləyən Samir Mirzəyev dindirilib. Şahidin sözlərinə görə, rayonda tikilən binanın beton işlərini onlara vermək üçün 3 min manat pul verib: “Mənə dedilər ki, bu işi götürmək üçün hörmət etməlisən. Həmin pulu şəhərdə abadlıq işləri adı ilə İcra Hakimiyyətinə verdim”.

Vilyam Hacıyevin vəkili Elmar Kərimov şahidin ifadəsinə etiraz edərək rüşvət verdiyini boynuna aldığı səbəbilə onun məsuliyyətə cəlb olunmalı olduğunu bildirib.

Vilyam Hacıyev isə məhkəmədə bəzi şahidlərin ifadə vermək üçün əvvəlcədən öyrədildiyini iddia edib: “Şahidlərin bəzilərinin heç işə aidiyyəti yoxdur”.

Proses aprelin 1-də davam etdiriləcək.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb. Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

PA-nın Vətəndaş Qəbulu Mərkəzində apreldə vətəndaşların qəbulu CƏDVƏLİ

Next Post

“Qafqaz Qartalı” təlimiylə bağlı prosedurlar müəyyənləşib

Bənzər yazılar

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

06 May 2024 - 10:58

Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Belqorod vilayətinə hücum edib. Elchi.az xəbər verir ki, bu barədə TASS...

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

05 May 2024 - 13:23

Rusiyada fəaliyyət göstərən tanınmış azərbaycanlı bloger Hüseyn Həsənovun 153 milyon rubldan çox vergi borcu var. Elchi.az xəbər verir ki, bu...

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

02 May 2024 - 16:46

Türkiyənin İstanbul şəhərinin Başakşehir rayonunda yerləşən İkitelli sənaye zonasında kimyəvi maddələr istehsalı müəssisəsində partlayış baş verib. Elchi.az "TRT haber"ə istinadən...

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

01 May 2024 - 23:14

Gürcüstanın paytaxtı Tbilisidə polis parlamentin xidməti girişinin qapılarını sındırmaq istəyən etirazçılara su çiləyib, bibər qazı sıxıb. Elchi.az xəbər verir ki,...

Next Post
“Qafqaz Qartalı” təlimiylə bağlı prosedurlar müəyyənləşib

“Qafqaz Qartalı” təlimiylə bağlı prosedurlar müəyyənləşib

Bayramla əlaqədar avtobusların sayı 3 dəfə artırılıb

Bakı Avtovağzalı bayram günlərində daşınan sərnişinlərin sayını açıqlayıb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.