"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Tək başına bir institut qədər iş görüb” Sabir Rüstəmxanlı

06 Oktyabr 2015 - 09:39
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

““Tək başına bir institut qədər iş görüb”   Sabir Rüstəmxanlı

Məlum olduğu kimi bu gün Azərbaycanın sabiq təhsil naziri, keçmiş deputat, professor Firudin Cəlilovun 68 yaşı tamam olur. 
Bu münasibətlə, onu yaxın dostu, Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı təbrik məqaləsi yazıb. Təbrikdə bir müddət əvvəl səhhətində ciddi problemlər yaranan, sonra dövlət başçısının himayədarlığı ilə müalicə olunan F.Cəlilovun həyatı ilə bağlı maraqlı fraqmentlər əks olunub: 

“Bu gün görkəmli ictimai- siyasi xadim, filologiya elmimizdə, tarixşünaslığımızda tək başına bütöv bir institut qədər iş görmüş filologiya elmləri doktoru, professor Firudin Ağasıoğlunun doğum günüdür. Firudin bəylə təqribən 45 il öncə tanış olmuşduq.  “Apostrof lazımdırmı?”  adlı bir məqaləsini oxumuş və işlədiyim “Ədəbiyyat və incəsənət “ qəzetində dərc etmişdim. Nəticəsi göz önündədir, indi artıq dilimizdə lazımsız apostrof işarəsi yoxdur. Elə ilk tanışlıqdan uzun illərin yaxınına, dostuna çevrilmişdik. Yəqin burda milli-filoloji dəyərlərə münasibətlərimizdəki yaxınlıqla yanaşı, vətəndaşlıq mövqeyi, xalqımızın taleyi ilə bağlı düşüncə və arzularımızdakı oxşar cəhətlər də rol oynamışdır.

Firudin Ağasıoğlu ixtisasca dilçidir; bu sahədə dəyərli araşdırmaları var, lakin xalqımızın taleyi və ötən yüz ilin 60-ci illərindən filologiyamızda, ədəbi, ictimai, elmi fikrimizdə güclənən milli özünü dərk prosesi, tarixi yaddaşın bərpası və güclənməsinə olan ictimai tələbat onu həm də bir tarixçiyə, ictimai xadimə, elm, təhsil və vətəndaş qurumlarının təşkilatçılarından birinə çevirdi. Dilçilərin tarixə marağı təsadüfü sayıla bilməz. Xüsusən Azərbaycan türkləri kimi tarixi “Siyasət canavarına “ bağlanan, qurban verilən , saxtalaşdırılan, ilk mənbələri yox edilən bir xalqın dili həm də ən etibarlı bir tarix mənbəyi, tarix güzgüsü rolu oynayır. Səksəninci illərin ortalarından başlayaraq biz bütün siyasi proseslərdə xalq içində, müstəqillik uğurundakı mübarizələrdə yanaşı olmuşuq. “Varlıq” birliyin əsas qurucularından idi, meydana bir yerdə çıxmışıq. O, nümayış komitəsinin ilk başçısı idi, mənsə meydanı idarə edənlərdən biri idim.

Meydan hərəkatından sonra mən ölkədə ilk müstəqil qəzet olan “Azərbaycan”ı çap edəndə Firudin bəy onun redaksiya heyəti üzvlərindən biri oldu. Qəzetdə latın qrafikasına keçid kampaniyasını başladıq və sonralar bunu bir yerdə həyata keçirdik. Meydanda və sonralar bir çox məsələlərdə münasibətlərimiz eyni idi və buna görə qaraguruhların hücumlarını da gördük. Və birgə müqavimət göstərdik, birgə mübarizə apardıq. Millət vəkili olaraq müstəqillik uğrunda mübarizənin çətin yollarından keçdik. Azərbaycanın Dövlət Müstəqilliyinin bərpası haqqında “Konstitusiya Aktı”na qol çəkdik, müstəqil dövlətimizin nazirləri olduq. Yanaşı gördüyümüz işlər, keçdiyimiz yollar haqqında ətraflı yazmaq imkanı yoxdur, bu geniş vaxt aparar. Qarabağ cəbhəsində Ermənistanla sərhəd bölgələrində quzeydən güneyə çoxlu görüşlərimiz oldu, təhlükələrdən adladıq. Bütün bunlarla yanaşı əsas işimizdən uzaqlaşmadıq.

Firudin Ağasıoğlu əsl elm adamıdır. Son illərdə yaşadığı bütün sıxıntılara baxmayaraq öz elmi araşdırmalarını yarımçıq qoymadı. Neçə-neçə bir–birindən dəyərli əsər yazdı. Onun İbrahim peyğəmbər haqqında araşdırmaları, “ Azər xalqı”, “Daş baba”, “Etrusklar” adlı kitabları ümumtürk tarixinə çox dəyərli tövsiyyələrdir.

Firudin bəylə üst- üstə düşən bir fikrimiz də türklərin ata yurdlarının ilk coğrafi məkanlarının Altay deyil, Urmiya hövzəsi Ön Asiya olmasıdır. Bu konsepsiya türkçülük elmində inqilabi bir hadisə və dönüş nöqtəsi sayılmalıdır. F.Ağasıoğlunun bu mövqeyi təsdiqləyən 9 cildlik “Azərbaycan türklərinin İslama qədər tarixi” kitabı müəllifinin böyük elmi kəşfi və Azərbaycan tarixşünaslığının uğuru sayılmalıdır. Hələlik 3 cildi çap olunmuş bu əsər siyasi, dini maraqlarla saxtalaşdırılan tarixşünaslığımızda mənəvi işğala son qoyur. Oxucunun üzünü tarixi həqiqətləri açır.

Təəssüf ki, həmin əsər hələ ki, geniş müzakirəyə cəlb edilməmiş və əsl elmi qiymətini almamışıdır. Amma gec-tez Firudin bəyin bu mövqeyi təsdiqini tapacaq və böyük elmi axtarışların zəhmətin nəticəsi olan bu çox ciddi əsər əsl qiymətini alacaqdır. Türklərin islamaqədərki tarixi qəsdən gizlədilən, unutdurulan əyri güzgüdə göstərilən bir tarixdir. Bu tarixi öyrənməkdə F. Ağasıoğlunun türk dünyasında alternativi yoxdur.

Mən əziz qələm dostumun elmi və ictimai fəaliyyəti haqqında geniş yazmaq istəmirəm. İmkan düşəndə onu da yazarıq. İndi sadəcə olaraq onu doğum günü münasibəti ilə təbrik etmək istədim. Ona uzun ömür, can sağlığı arzulayıram. Fəxr edə bilər ki, bütün ömrünü elmimizin inkişafına, millətimizin yüksəlişinə və müstəqillik mübarizəsinə sərf edib”.

Xəbər 1088 dəfə oxunub.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Universitet rektoru istefa verdi – Azərbaycanda

Next Post

“HEÇ KİMİN ŞÜBHƏSİ OLMASIN”

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

“HEÇ KİMİN ŞÜBHƏSİ OLMASIN”

Dollarla olan kreditləri manata çevirərkən nələrə diqqət edilməlidir?

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.