"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Tələbə gənclər Zəfər Günü və Bayraq Günü ilə əlaqədar silsilə tədbirlər keçirib

08 Noyabr 2023 - 20:51
in GÜNDƏM

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsindəki şanlı zəfərindən 3 il ötməsi və 9 Noyabr milli rəmzimiz olan Bayraq Günü münasibətilə əlaqədar olaraq Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və üzv Tələbə Gənclər Təşkilatları tərəfindən silsilə tədbirlər baş tutub. 

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Elchi.az xəbər verir ki, ATGTİ və Tələbə Gənclər Təşkilatlarının 3000-dən çox aktiv l Fəxri xiyabanda Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ll Fəxri xiyabanda dövlətimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini ehtiram və minnətdarlıqla yad ediblər.

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, ATGTİ, “İrəli” İctimai Birliyi və Tələbə Gənclər Təşkilatlarının birgə təşkilatçılığı ilə “Bayraqdar” layihəsi çərçivəsində gənclər arasında qəhrəman qazi və döyüşçülərimizin tanıdılması məqsədilə görüşlər reallaşdırılmışdır. Torpaqlarımızın ərazi bütövlüyünün təmin edilməsi uğrunda canlarını fəda etmiş qəhrəman əsgər və zabitlərimizin xatirəsinin hörmət və ehtiramla anılması, habelə tələbə gənclərin Vətən müharibəsində şücaət göstərmiş gənc qazilərimizin ilə daha yaxından tanış olması məqsədilə təşkil olunan görüşlər paytaxt və regionlarda yerləşən böyük tələbə auditoriyasına malik ali təhsil müəssisələrində baş tutub.

Əlavə olaraq, İttifaq tərəfindən Gənclər Fondunun dəstəyi ilə reallaşan layihələr çərçivəsində Vətən Müharibəsində qazanılan qələbə və Bayraq Gününün qeyd olunması məqsədilə ali və orta ixtisas təhsili müəssiələrinin Tələbə Gənclər Təşkilatları tərəfindən “Qələbə” , “Müstəqilliyimiz Əbədidir”, “Şəhidlər Ölməz, Vətən Bölünməz!”, “Heydər Əliyevin şah əsəri: Müstəqil və qalib Azərbaycan” , “Uğura gedən yol”, “Dastana döndü” , “Bayraq günü” , Xarici dillərdə müstəqil Azərbaycanın zəfəri haqqında tələbələrin məlumatlandırılması məqsədilə “Victory Day” adlı tədbir, “Qarabağ, sən azadsan!,“Hərbi qənimətlər parkına ekskursiya”, “Zəfər eksursiyası” , “Atadan-oğula” adlı dəyirmi masa, “Zəfər Günü” intellektual yarışı və bir çox müxtəlif istiqamətli görüşlər, konfranslar, konsert proqramları və dəyirmi masalar keçirilmişdir.

Eyni zamanda tələbə gənclərin vətənpərvərlik, musiqi, intellektual oyunlar klubları, mədəniyyət klubları və debat klubları şəbəkələrinin təşkilatçılığı ilə silsilə tədbirlər reallaşmışdır. Vətənpərvərlik klubu tərəfindən “Qələbə rəmzi”, “Bayraq mənliyimdir”,  “Unutmadıq, unutmarıq” adlı tədbirlər keçirilib. Mədəniyyət klubları şəbəkəsi tərəfindən müxtəlif video-çarxlar nümayiş etdirilib, şeirlər və vətənpərvərlik fonunda müxtəliflər tədbirlər, ZəfərimİZ’ə həsr edilmiş “Zəfər Debat turniri” adlı turnir təşkil olunub.

Həmçinin Xarici dillər klubları şəbəkəsi tərəfindən Bakı Slavyan Universitetində xarici və yerli tələbələrin iştirakı ilə Azərbaycan, onun tarixi və əlamətdar günləri haqqında ətraflı məlumatlar çatdırmaq məqsədilə ingilis və rus dillərində “Bayraq günü- Xarici tələbələrin gözündə” adlı tədbir, müəllim və tələbə kollektivinin iştirakı ilə zəfərimizin dünəni, bugünü və gələcəyi haqqında dəyirmi masalar keçirilib. Tarix klubları şəbəkəsi tərəfindən “Əsrin Fatehi” adlı tədbir, İntellektual biliyin artırılması üçün Zəfər gününə həsr olunmuş “Zəfər paradı” adlı intellektual yarış olmaqla müxtəlif layihələr reallaşdırılmışdır.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Azərbaycan Bayrağının bütün Vətən səmalarında dalğalanması türk dünyası üçün böyük sevincdir”

Next Post

ABŞ Ukrayna üçün bütün vəsaitin 96%-ni xərcləyib

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post
ABŞ Ukrayna üçün bütün vəsaitin 96%-ni xərcləyib

ABŞ Ukrayna üçün bütün vəsaitin 96%-ni xərcləyib

Qəzzaya humanitar yardım aparan daha 187 yük maşını gəlib

Qəzzaya humanitar yardım aparan daha 187 yük maşını gəlib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.