"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Tələbələr hansı hallarda ali məktəblərdən xaric ediləcək?

13 Dekabr 2017 - 15:45
in CƏMİYYƏT MANŞET

Image result for Tələbələrin hansı hallarda ali məktəblərdən xaric edilə bilər?

Bunu da oxuyun

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ Prezidentinin xüsusi nümayəndəsinin müavini Azərbaycanda səfərdədir

Prezident İlham Əliyev: Bizim gənclər Müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər

Azərbaycanda 5 halda tələbə ali təhsil müəssisəsindən xaric ediləcək.

 

APA-nın məlumatına görə, bu, Təhsil Nazirliyinin Kollegiyasının təsdiqlədiyi və dekabrın 12-dən qüvvəyə minmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”ında əksini tapıb.

 

Qaydalara əsasən, tələbə öz arzusu ilə başqa ali təhsil müəssisəsinə köçürüldükdə, ali təhsil müəssisəsinin daxili intizam qaydalarını kobud şəkildə pozduqda, səhhətinə görə (həkim-məsləhət komissiyasının arayışına əsasən) və növbəti tədris ilinə qeydiyyatdan keçməyib həmin tədris ilinin payız  semestrinin sonuna qədər ali təhsil müəssisəsi ilə əlaqə saxlamadıqda təhsil müəssisəsindən xaric ediləcək. “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna əsasən ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər 6 ay müddətində ali təhsil müəssisəsinə bərpa olunmadıqda çağırışa möhlət hüquqlarını itirirlər və ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Möhlət hüququnu itirmiş şəxslər barədə rəsmi məlumat bir həftə müddətində ali təhsil müəssisəsinin rektoru tərəfindən onların hərbi uçotda olduqları dövlət qurumuna verilir.

 

Ali təhsilin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsilində tələbələr sırasından xaric olunmuş şəxslər xaric olunma vaxtından bir semestr keçdikdən sonra 15 il müddətində ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdirlər. Azərbaycan ali təhsil müəssisəsindən xaric olunmuş şəxsin həmin ali təhsil müəssisəsinə öz ixtisası üzrə bərpası onun ərizəsi əsasında qış və yay tətili dövründə ali təhsil müəssisəsinin rektorunun əmri ilə həyata keçirilir. Bütün digər hallarda tələbənin bərpası Təhsil Nazirliyinin razılığı ilə ali təhsil müəssisəsinin vəsatəti əsasında həyata keçirilir. Bərpa barədə ərizəyə Nazirlər Kabinetinin 21.01.2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nın 1 nömrəli əlavəsində verilmiş formaya uyğun müvafiq arayış və əvvəlki təhsil haqqında sənədin əsli (əgər xaric edildiyi ali təhsil müəssisəsinə bərpa olunmursa) əlavə edilir.

 

Xüsusi təyinatlı ali təhsil müəssisələrində təhsil alıb sonradan səhhətinə görə xaric olunan şəxslər ixtisasına uyğun olaraq müvafiq mülki ali təhsil müəssisələrinə bərpa oluna bilərlər. Onların bərpası sənədləri müvafiq mülki ali təhsil müəssisəsinə təqdim etməklə, ali təhsil müəssisəsinin müraciəti əsasında Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir. Hər hansı bir səbəbdən xarici ölkə ali təhsil müəssisəsinin tələbələr sırasından xaric edilmiş şəxs ixtisasına uyğun olaraq Azərbaycanın müvafiq mülki ali təhsil müəssisəsinə bərpa oluna bilər. Bu qəbildən olan şəxslərin bərpası qış və yay tətili dövründə bu Qaydalarda əksini tapan köçürülməyə dair ümumi tələblərə uyğun həyata keçirilir.  Bərpa olunmuş tələbələrin şəxsi işi bərpa edilir. Bu şəxsi işə rektorun adına yazılmış ərizə, bərpa olunma haqqında əmrdən çıxarış, digər ali təhsil müəssisəsindən xaric edilmiş tələbələrin şəxsi işinə isə Nazirlər Kabinetinin 21.01.2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi Qaydası”nın 1 nömrəli əlavəsində verilmiş formaya uyğun müvafiq arayış və xaric olunma haqqında əmrdən çıxarış əlavə edilir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Mahmud Abbas: Qüds Fələstinin paytaxtı olacaq

Next Post

Seçicilər girişdə yoxlanmayacaq – Qayda dəyişdi

Bənzər yazılar

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

30 Aprel 2024 - 18:48

Bu il Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu iyunun 4-ü yola düşəcək. Elchi.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna...

ABŞ Prezidentinin xüsusi nümayəndəsinin müavini Azərbaycanda səfərdədir

ABŞ Prezidentinin xüsusi nümayəndəsinin müavini Azərbaycanda səfərdədir

22 Fevral 2024 - 20:17

Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini Syu Biniazini Azərbaycanda səfərdədir. Elchi.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin feysbukdakı səhifəsində...

Prezident İlham Əliyev: Bizim gənclər Müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər

Prezident İlham Əliyev: Bizim gənclər Müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər

02 Fevral 2024 - 10:20

  Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı "X" səhifəsində paylaşım edib. Elchi.az xəbər verir ki, paylaşımda deyilir: "Bizim gənclər...

Çin Rusiyanın gələcəyini açıqladı

Çin Rusiyanın gələcəyini açıqladı

11 Yanvar 2024 - 09:45

Çin əmindir ki, Rusiya öz mühüm daxili siyasi gündəmini uğurla həyata keçirəcək, milli sabitliyi və inkişafı qoruyub saxlayacaq. Elchi.az “RİA...

Next Post

Seçicilər girişdə yoxlanmayacaq - Qayda dəyişdi

Meyitdən orqan köçürülməsi üzərində iş aparılır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.