Azərbaycan Gənclər Fondunun maliyə dəstəyi ilə “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası tərəfindən həyata keçirilən “Antinarkomaniya-Parlaq Gənclik” adlı layihəyə yekun vurulub.
Tələbələrlə sonuncu görüş Azərbaycan Texniki Universitetində baş tutub. Layihə iştirakçıları 150 nəfər olsa da, üç gün davam edən layihə dolayısıyla 300 nəfər tələbə gənci əhatə edib. Tədbirin keçirilməsində əsas məqsəd narkomaniya və bu kimi zərərli vərdişlərə qarşı gənclərin düzgün maarifləndirilməsi, zərərli vərdişlərin fəsadları ilə bağlı məlumatlandırma, yeniyetmə və gənclərin yaxşı təhsil, sağlam həyat tərzi seçməsinə dəstək vermək və ümumilikdə bu sosial bəlaya qarşı mübarizədə iştirak etməkdən ibarətdir.







