Apreldə Moskvaya səfər edəcək İraq Kürd Muxtar Vilayətinin nümayəndə heyəti Rusiyadan İŞİD-ə qarşı mübarizədə hərbi yardım istəyə bilər.
Axar.az xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında İraq Kürd Muxtar Vilayətinin Moskvadakı rəsmi nümayəndəsi Aso Təlabani söyləyib. Onun sözlərinə görə, Rusiya tərəfi İraq kürdləri ilə bağlı rəsmi mövqeyini ortaya qoymayıb:
“Rusiya hələlik bizə kömək etməyə hazır deyil. Rusiya tərəfi ilə apardığım danışıqlardan sonra görürəm ki, Rusiya Kürdüstana müdaxilə etməkdə maraqlı deyil. Biz hərbi dəstək üçün bir neçə dəfə Moskvaya müraciət etmişik, amma Rusiya Bağdadla işləməyi üstün tutub”.




