"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Tərbiyəsiz və savadsız müğənnilər

25 Avqust 2014 - 15:23
in KÖŞƏ YAZILARI

 

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

Arzu Şirinova

arzuİki gün bundan öncə həmkarlarım sosial şəbəkələrdə manıs (buna xalq artisti deməyə dilim gəlmir-A.Ş.) Səməd Səmədovu yaxşıca tənqid elədilər. Haqlıydılar tənqidlərində. Çünki bu manıs (belələri yetərincədir-A.Ş.) o qədər harınlayıb ki, aparıcının “Qurban Pirimov kimdir?” sualına utanıb qızarmadan “əşi mən hardan bilim, heç itlərimin adları yadımda qalmır”, cavabını verib. Daha doğrusu tərbiyəsini və savadsızxlığını nümayiş etdirib.
Bir vaxtlar yazmışdım, yenə təkrarlamaq məcburiyyətindəyəm. Bu manıslar (müğənnilərdən söhbət getmir-A.Ş.) cəmiyyəti öz səviyyələrinə endirməyə lap yaxındırlar. Yəni bir addım qalıb ki, cəmiyyətimiz onlarla bərabər səviyyədə olsun. Bu baş verərsə o zaman həm də itimiz, pişiyimiz vasitəsilə bir-birimizlə “qohum” olmaq şansı qazanacağıq. Hecə ki, Hadir Qafarzadə və Səməd Səmədov bu “qohumluğun” bünövrəsini qoymağı düşünürlər.
Keçirəm əsas mətləbə. İtlərinin adlarını yadında saxlaya bilməyən Səməd Səmədov bir neçə il bundan əvvəl Hadir Qafarzadə ilə “qohum” olmağa hazırlaşırdı. “Qohumluq” tellərini isə bir-birinə bağlayan itləri olacaqdı. Yəni Hadir Qafarzadə it “qızını” Səməd Səmədovun “it” oğluna ərə verəcəkdi. Özü də hər ikisi bu “qohumluqdan” çox xoşhal görünürdülər. Hadir Qafarzadə bu qohumluğu özünə şərəf bilir və it “qızının” nəhayət, yaxşı bir ailəyə qismət olduğunu deyirdi. Səməd Səmədov da it “oğluna” hələm-hələm “nəsildən” it “qızı” almağı düşünmürdü. Ancaq təsadüf elə gətirdi ki, hər iki “gənc” bir-birilərini görüb bəyəndilər. Sonrasını da ki, Hadir Qafarzadə ilə Səməd Səmədov həll ediblər. İkinci birincinin evinə elçi gedib, mətləbi açıb və it “qızla” it “oğulun” bir-birini “sevdiklərini” bildirib və “qızı” istəyib. Birinci də “mübarək olsun” deyib, it “qızını” verib.
Təzə “qohumlar” toya hazırlaşıblar. Hər ikisinin arzusu “övladlarına” təmtaraqlı toy eləmək və bütün dost-tanışı bu məclisdə görmək olub. Hətta özlərinin vədinə görə, bu toyda oxumaq üçün dünyanın ən populyar müğənnilərini də dəvət edəcəklər. Məsələn, Şakira, Cenifer Lopes və s. və i.
Bilirsiniz ki, bu ulduzların da bir ölkədən digər ölkəyə toya çağırılmağı ucuz başa gəlmir. Ancaq nə Hadir Qafarzadənin, nə də Səməd Səmədovun umurunda deyil. Hə qədər lazımdır para xərcləyəcəklər, təki “övladları” xoşbəxt olsunlar… Həmin toyun olub-olmaması haqqında mətbuata bilgi verilmədi. Bəlkə də özlərini dilə-dişə salmaq istəməyiblər…
Bu manısların sərsəmləmələrini qoyaq bir kənara, çünki öz səviyyələrində danışıblar. Məsələ burasındadır ki, bu informasiyanın oxunma sayı dövlət üçün, millət üçün əhəmiyyətli hansısa bir informasiyanın oxunma sayından yüz dəfələrlə çox oldu həmin vaxt.
Səbəb isə bu kəslərə geninə-boluna efir verilməsi, jurnalistlərin onların arxasınca düşüb informasiya “dilənməsidir”. Bu günlərdə həmkarlarımın biriylə söhbət zamanı dedi ki, 10 il bundan əvvəl manıslar jurnalistlərin arxasınca düşüb yalvarırdılar ki, onlardan kiçik bir müsahibə götürsünlər, hazırda isə bəzi jurnalistlər bu missiyanı yerinə yetirirlər.
Bəli, Azərbaycanda şou-biznes aləmində olan bəzi dələduzlar həm də ölkədə mənəviyyatsızlığın, əxlaqsızlığın, riyakarlığın, ləyaqətsizliyin təbliğiylə məşğuldurlar.
Yuxarıda qeyd elədiyim kimi bir addım qalıb ki, cəmiyyətimiz onlarla bərabər səviyyədə olsun. Bax bundan sonra vay bu millətin halına…

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bakının şimal istiqamətində BÖYÜK TIXAC: Hərəkət iflic olub

Next Post

Donetskdə separatçılar əsirləri təhqir etdilər – VİDEO

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

17 Fevral 2023 - 11:21

Məhəmmed Əli Cinnah (1876-1948) Pakistanı dövlət olaraq yaradan qurucu liderdi. Müsəlman liqasının banisi də odur. Adı Queyd-i-Əzam ("Ulu Öndər") və...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Next Post

Donetskdə separatçılar əsirləri təhqir etdilər - VİDEO

Emin Leyla Əliyeva ilə tanış olmasından danışdı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.