Tərtər sakinindən yenilik – Bir ağacda 14 növ gilas?

>

Bunu da oxuyun

Tərtər sakini həyətində calaq üsulu ilə bir ağacda 14 növ gilas yetişdirib. Gilasların rəngləri, formaları və dadları da fərqlidir. Maraqlısı budur ki, gilasın bəzi növləri bar versədə bəzi növlərin mövsümü hələ çatmayıb.

Elchi.az Xəzərxəbər-ə istinadən xəbər verir ki,Rəngləri, formaları, dadları fərqli olsada hamısı 1 ağacın məhsuludur.

Tərtər rayonunun Yenikənd sakini Fəqani Əsədov şəxsi təsərrufatında yetişdirdiyi gilas ağacı görənləri təəcübləndirir.Bir ağacın üstündə coxlu növdə gilas görmək mümkdür.Təsərrüfat sahibi deyir ki,həyətindəki gilas agacı qocaldığından gövdəsini kəsərək calaq edib.Calaq üsulu ilə 14 ayrı gilas sortunu bir agacda yetişdirə bilib.

O,meyvənin növlərini ayrı-ayrı yerlərdən əldə edib.bəzi sortları isə xaricdən gətirib.Fəqani Əsədov 14 sortu 1 agacda yetişdiirilməsinə xüsusi diqqət yetirib.Ağacda gilasın bəzi növləri bar versədə bəzi növlərinin mövsümü hələ çatmayıb.

Kənd sakinin bağında coxlu sayda ağac növlərinə rast gəlmək mümküdür.O,bir cox ağaclarında calama işi aparıb.Təsərrüfat sahibi bu üsulu başqa ağaclara da tətbiq etmək fikrindədir.

Mövzu ilə bağlı vidematerialı sizə təqdim edirik:

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728