Fransanın Alp dağlarında qəzaya uğrayan zaman A320 sərnişin təyyarəsinin sükanı arxasında olmuş ikinci pilot Andreas Lübits ərazini çox yaxşı tanıyırmış, çünki əvvəllər bu yerlərə planerdə tez-tez uçurmuş.
Musavat.com-un məlumatına görə, Montabaurdə Lübitsin də dərs aldığı yay məktəbinin müdavimi Diter Vaqner bu faktı BBC-yə təsdiqləyib.
Onun sözlərinə görə, Lübits yay məktəbinə istirahət günləri gəlirmiş. Fransız qəzeti yazır ki, o, yerli məktəbə 9 yaşı tamam olanadək öz valideynləri ilə gəlib.
Xatırladaq ki, içərisində 150 nəfərin olduğu təyyarə böyük sürətlə dağ silsiləsinə çırpılıb. Onların hamısı həlak olub.
“Qara qutu”nun səs yazısı əsasında mütəxəssislər o qənaətə gəliblər ki, Andreas Lübits gəmi komandirinin kabinəni müvəqqəti tərk etməsindən sonra məqsədli şəkildə onu kabinəyə buraxmayıb, dispetçerlərə cavab verməyib və eniş etməyə başlayıb.
Daha sonra ikinci pilotun depressiyadan əziyyət çəkdiyi, lakin bunu gizlətdiyi üzə çıxıb.
Musavat.com





