“EgyptAir” şirkətinin məxsus “Airbus A320” sərnişin təyyarəsini qaçıran şəxsin kimliyi məlum olub.
`The Telegraph` xəbər verir ki, təyyarəni 27 yaşlı İbrahim Samaha adlı şəxs qaçırıb.
Misirin “Əl Əhram” qəzeti ölkənin güc strukturlarına istinadən xəbər verir ki, Samaha Atlanta Universitetinin professorudur.
“Əl-Ərəbiyə” telekanalının yaydığı məlumatda isə İbrahim Samahanın əvvəlcə təyyarəni Türkiyəyə qaçırmaq istədiyini, lakin yanacaq çatışmazlığı ilə bağlı təyyarəni Kiprdə yerə endirmək məcburiyyətində olduğu bildirib.
***
11:26
“EgyptAir” şirkətinin məxsus “Airbus A320” sərnişin təyyarəsini qaçıran şəxs beş xarici vətəndaş və ekipaj üzvləri istisna olmaqla digər sərnişinlərə təyyarənin göyərtəsini tərk etməyə icazə verib.
Bu barədə `RİA Novosti` xəbər verir.
Misir rəhbərliyinin yaydığı məlumatda isə təyyarəni qaçıran şəxsin Larnaki aeroportunun rəsmiləri ilə danışıqlara başladığını bildirilib.
Təyyarəni qaçıran şəxsin Kipr rəhbərliyindən sığınacaq və tərcüməçi istəyib.
Elchi.az təyyarədən girovların azad olunması kadrtlarını əks etdirən videonu təqdim edir:




