İrandan gələn təyyarə ilə bağlı yayılan xəbərlərdən sonra Almaniyanın Hamburq hava limanında uçuşlar dayandırılıb.Almaniyanın Hamburq hava limanı bazar ertəsi öz internet səhifəsində polisin tədbirləri səbəbindən havaya qalxma və eniş olmayacağını açıqlayıb.
Elchi.az xəbər verir ki, Alman Mətbuat Agentliyi hava limanının sözçüsünə istinadən İranın paytaxtı Tehrandan uçan təyyarəyə hücum təhlükəsi səbəbindən uçuşların dayandırıldığını bildirib.
Sözçü təhdidlə bağlı suallara cavab verməyib.
Şayəstə Hüseynova





