Taylandın paytaxtı Banqkokda “Siam Paragon” ticarət mərkəzində 14 yaşlı uşağın silahla atəş açması nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb.
Elchi.az “Bangkok Post”-a istinadən xəbər verir ki, yerli vaxtla saat 16.40-da Banqkokun “Siam Paragon” ticarət mərkəzində 14 yaşlı uşaq tapança ilə 10 atəş açıb.
Hücumda 3 nəfər ölüb, 4 nəfər yaralanıb, polis yerli vaxtla saat 17.10-da hücumçunu yaxalayıb.
Digər tərəfdən, sosial şəbəkələrdə yayılan görüntülərdə bir oğlanın silahla ticarət mərkəzinə girdiyi görünür.
Şayəstə Hüseynova





