Lənkəran rayonunda hakimiyyət böhranı yaranıb. Rayon icra hakimiyyətindəki mənbəmizin sözlərinə görə icra başçısı Taleh Qaraşovla polis şöbəsinin rəisi Möhübbət Hüseynov arasındakı konflikt rayon idarəetmə strukturunu tam şəkildə ikiyə parçalayıb. Hər kəs ya icra başçısı, ya da polis rəisinin yer aldığı cəbhənin birində yer almaq məcburiyyətində qalıb.
Lənkərandakı real durumun detallarına keçməzdən öncə onu bildirək ki, T.Qaraşovla M.Hüseynov arasındakı ziddiyyət uzun müddətdən bəri var imiş. Bununla bağlı məlumatlı mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, indi icra başçısının polis rəisinə qarşı təbliğatı açıq müstəviyə keçirməsi, hətta özünə yaxın bəzi media orqanlarında rəisə qarşı yazılar təşkil etməklə qarşıdurma kəskin xarakter alıb. Deyilənə görə, rayon polis şöbəsində yüksək vəzifə tutan şəxslərdən biri icra başçısının hərəkətlərinə “getsin dönərlərini satdırsın” deməklə rəqibin biznes şəbəkəsinən polis şöbəsdə məlumatlı olduqlarına işarə vurub.
Rayondakı mənbələrdən daxil olan məlumata görə, sözügedən qarşdurmnın bir tərəfinin əsas fiqurları icra başçısı T.Qaraşov və onun müavini İlqar Dadaşov olduğundan əks tərəf də bu iki şəxsi bitirəcək kompromatlar toplayır. Mənbəmizin sözlərinə görə bu əks təbliğat hücumunda kifayət qədər ciddi faktlar yer alıb. Mənbəmiz həmin faktlardan bəhs edərək əslən Nefçaladan olan, vaxtı ilə Lənkəranda işləyən və indi FHN-də çalışan bir şəxsdən tutmuş, rayon mərkəzi xəstəxanasında çalışan bir həkimə qədər bir çox adlar çəkdi. Faktları incələdikdən sonra bu məsələləri geniş şəkildə diqqətinizə çatdıracayıq…



