Əfqanıstanda “Taliban” döyüşçüləri girov götürdükləri Avstraliya vətəndaşı olan 56 yaşlı Seyid Həbibi öldürüb
Elchi.az xəbər verir ki, bu barədə məlumatı “The Guardian” mərhumun yaxınlarına istinadən yayıb. Qaçırılandan bir neçə gün sonra cəsədi tapılan S.Həbibin bədənində 3 güllə izi olub.
2000-ci ildən etibarən Sidneydə yaşayan S.Həbib Kabula getdiyi zaman qaçırılıb. Onun getdiyi avtobusu dayandıran “Taliban” silahlıları Həbibi avtobusdan düşməyə məcbur ediblər. Daha sonra isə onun cəsədi tapılıb.
Xatırladaq ki, sentyabrın 26-da “Taliban” silahlıları 4 kənddə 12 nəfərin başını kəsib.



