“The Associated Press ”in xəbərində deyilir ki, “Taliban”a məxsus intihara hazır terrorçular Əfqanıstanın paytaxtı Kabildə əcnəbilərin qaldığı hotelə hücum ediblər. Bu məlumatı agentliyə Əfqanıstanın rəsmi nümayəndələri verib.
Şahidlərdən biri deyib ki, hotelə intihara hazır terrorçular daxil oldu. Sonra atışma başladı, qumbaralar partladı.
Agentlik qeyd edir ki, hotel dərhal Əfqanıstan iqtidarına bağlı hərbi və polis qüvvələri tərəfindən mühasirəyə alınıb. Bu hoteldə əsasən Kabildə yaşayan avropalılar qalır. Və bu hotel parlamentin yaxınlığında yerləşir. Atışma zamanı hücumu təşkil edən 3 terrorçu öldürülüb. 2 nəfər avropalı da qətlə yetirilib.
Bu arada isə “Taliban” hərəkatı terror aktına görə məsuliyyti öz üzərinə götürüb. Hücum zamanı 5 nəfərin öldüyü bildirilir.
Agentlik qeyd edir ki, son 2 həftədə “Taliban” 11 dəfə bu kimi terror aktları həyata keçirib.




