“Taliban” hərəkatının rəsmiləri Rusiya prezidenti Vladimir Putinin Əfqanıstanın yeni hökumətinin tanınmasının mümkünlüyü ilə bağlı bəyanatını müsbət qiymətləndirib.AzVision.az xəbər verir ki, bu barədə Əfqanıstan Xarici İşlər Nazirliyinin sözçüsü Əbdül Kahar Bəlxi “Twitter”də yazıb.
“Əfqanıstanın Xarici İşlər Nazirliyi Rusiya prezidenti Vladimir Putinin əmirliyin liderlərinin adlarının qara siyahıdan çıxarılması ilə bağlı fikirlərini alqışlayır”, – o deyib.
Xatırladaq ki, “Valday” Diskussiya Klubunun plenar iclasında Putin bildirib ki, Rusiya onların addımlarından asılı olaraq talibləri terrorçular siyahısından çıxarmaq barədə qərar verəcək: “Düşünürük ki, biz bu istiqamətdə hərəkət edirik”.
Rusiya lideri qeyd edib ki, ilk növbədə Əfqanıstanda yeni hökumətin tanınması barədə qərarı BMT verməlidir.




