Talış kəndi yaxınlığında Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində baş vermiş atışma nəticəsində iki erməni əsgər məhv edilib.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, atışma nəticəsində iki erməni hərbçisi – Qarik Mnaçakanoviç Movsisyan (1997) və Vazqen Qenrixoviç Arutyanyan öldürülüb.
Ermənistanın Müdafiə Nazirliyi faktı təsdiqləyib.




