"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Tanınmış biznesmen: ” AZAL, Sən Azərbaycan adına ləkəsən!!!”

25 İyul 2018 - 17:25
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Tanınmış iş adamı Xəyal Məmmədxanlı onlayn formada Naxçıvana bilet alması və hava limanında başına gələnlərlə bağlı ictimaiyyətə müraciət edib.

Lent.az xəbər verir ki, feysbuk səhifəsində “AZAL, Sən Azərbaycan adına ləkəsən!!!” adlı yazı paylaşan iqtisadçı bilet alarkən baş vermiş texniki yanlışlığa görə ikitərəfli biletindən imtina etməli olduğunu deyib: “Xatırlayırsınızsa, bir neçə gün öncə sevinərək status yazmışdım ki, axır ki, Naxçıvana da biletləri bütün normal sivil ölkələrdə olduğu kimi onlayn almaq olur. Təbii ki, müasir texnologiyalara üstünlük verdiyimə görə 28 maydakı kassada 90 cı illərin növbəsində durmamaq üçün biletlərimi onlayn aldım, ödənişi də kartla etdim. Bu gün saat 13:10 da J2 253 cü reyslə uçmalı və gecə geri qayıtmalı idim. Hava limanında qeydiyyata yaxınlaşdım, bileti təqdim etdim və biabrıçılıqlar başlandı…

Adımın sistemdə olmadığını dedilər. Kassaya yaxınlaşdım, sistemə baxdılar və məlum oldu ki, sistem mənim ilk öncə Naxçıvandan Bakıya gəlməli olduğumu, sonra Bakıdan Naxçıvana uçmalı olduğumu qeyd edib. Halbuki, mənim əlimdəki biletdə sıralama əksinədir. Nə isə, uzun mübahisədən sonra dedim ki, yaxşı, razıyam, tutaq ki, mən Naxçıvan – Bakı tariximi səhv qeyd etmişəm, 26 iyul yox, 25 iyul yazmışam, Bakı – Naxçıvan reysim ki, yerindədir. Və əsrin cavabı gəldi: Siz Naxçıvandan Bakıya gəlmədiyiniz üçün Bakıdan Naxçıvana uça bilməzsiniz!!! Bəli, düz eşitdiniz, bu cavabı AZAL verdi…”

X.Məmmədxanlı qeyd edib ki, əlacısz şəkildə hava limanından geri qayıtmalı olub: “Elektron müraciət etdim, 25 % cərimə ilə biletin pulunu qaytaracaqlarını dedilər. Pulları başlarına dəysin, onsuz da monopoliyadan istifadə edərək soyğunçuluqla məşğuldurlar. Amma, mənim Naxçıvanda planlaşdırılan bütün görüşlərim təxirə düşdü və günüm məhv oldu!!!

Hörmətli AZAL, ”Adam kimi uç” reklamınızı görmüşdüm, amma düşünürəm ki, camaatın uça bilməsi üçün siz ADAM olmalı və ADAM kimi İŞLƏMƏLİSİNİZ!!! Əks halda, istefa verib, postlarınızı bacarıqlı insanlara təhvil verin!!!”

İş adamı əlavə edib ki, hava limanında bir neçə nəfərlə söhbət edib və məlum oldu ki, son zamanlar bu onlaynla bağlı problemlər həddən artıq çoxdur: “AZAL ödədiyim pulu 33 günə ödəyəcək, bu pul bütün düyna banklarını fırlanacaq”.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycanın bank sektorunun kapitalı 5,2% artıb

Next Post

ABŞ mətbuatı: “Dağlıq Qarabağda yaşayanlar aclıq içindədir”

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
ABŞ mətbuatı: “Dağlıq Qarabağda yaşayanlar aclıq içindədir”

ABŞ mətbuatı: "Dağlıq Qarabağda yaşayanlar aclıq içindədir"

Bakıda tozun miqdarının normadan 4 dəfə yuxarı olduğu qeydə alınıb – Nazirlik

Bakıda tozun miqdarının normadan 4 dəfə yuxarı olduğu qeydə alınıb - Nazirlik

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.