"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Tanınmış hüquqşünasdan şok ittihamlar…

25 Mart 2015 - 00:12
in CƏMİYYƏT

21744Aslan İsmayılov həmkarlarının paxırını açdı…

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Elchi.az Moderator.az-a istinadən xəbər verir ki, tanınmış hüquqşünas Aslan İsmayılov həmkarlarının bostanına iri bir daş atıb, üstəlik, müxalifət liderlərini də yaddan çıxarmayıb:
“Səhifəmdə paylaşdığım Çingiz Abdullayevin çıxışına və ona yazdığım qısa şərhə olan münasibət bu mövzuya bir daha qayıtmağıma ehtiyac olduğunu göstərdi. Bəzi şərhlər paxıllıqla tənqidi az qala eyniləşdirirlər. Hesab edirəm ki, əksinə, bizdə çatışmayan cəhətlərdən biri də ətrafımıza tənqidi münasibətin az olmasıdır. Belə olmasa idi avtobusda tərbiyəsizlik etmiş gənclərə irad tutan şəxsi müdafiə edən tapılardı (bu barədə sosial şəbəkədə geniş yayılmış videonu nəzərdə tuturam). Onlarla sərnişinin susduğunu görən gənclər tərbiyəsizliyini davam etdirməzdilər. Paxıllıq isə həddindən artıq çoxdur. Bəzən az qala doğmalarımızın da uğuruna sevinmək əvəzinə paxıllıq edirik, onların uğurlarına kölgə salmaq istəyirik. Belə olmasa idi bəzi gənc “yazarlar” tanınmış incəsənət xadimlərindən öyrənmək əvəzinə, onlara çatacaqlarının mümkünsüz olduğunu gördükdə, saytlar, səhifələr yaradıb onların yaradıcılığına kölgə salmaq, bununla da tanınmaq eşqinə düşməzdilər. Hakimiyyət tərəfindən dözülməz duruma salınmış müxalifət liderlərinin də birləşməməsinin, uğursuzluqlarının kökündə duran məhz paxıllıqdır. Məhz bu səbəbdən də “o məndən reytinqli olmasın” deyə mübarizəni hakimiyyətlə deyil bir-biriləri ilə aparırlar.
Yaşım az deyil, onun da 26 ilini artıq Azərbaycanda yaşayıram. Səmimi deyirəm, burada gördüyüm paxıllığı heç bir yerdə görməmişəm. Birinci dəfə AR Prokurorluğunda kiçik ədliyyə müşaviri rütbəsi alanda mənimlə işləyən savadsızın, rüşvətxorun birisi üzümə dedikdə ki, “mən 10 ildir işləyirəm hələ bu rütbəni almamışam, sən isə 10 ay işləməyib bu rütbəni aldın” mən şoka düşmüşdüm. Bu vaxta qədər belə bir şey görməmişdim. Sonralar daha betərini gördüm. Heç vaxt yadımdan çıxmayacaq, çoxlu həmkarlarımı da qıcıqlandıracaq bir əhvalatla bu mövzuya son qoymaq istəyirəm. 1998-ci ilin oktyabr ayı idi, ABŞ səfiri Stenli Eskudero mənə zəng edib bir qonağı qəbul etməmi xahiş etdi. Həmin şəxs təxminən saat 17 radələrində ofisimə gəldi. Qonağım çox nimdaş geyimli, öz xarici görünüşünə heç fikir verməyən təxminən 45-50 yaşlı bir qadın idi. Azərbaycanda vəkillikdəki durumla bağlı söhbət etmək istədiyini bildirdi. Həmin günü toya gedəsi olduğumdan söhbəti yekunlaşdırmaq istədikdə xanım hələ çoxlu suallarının olduğunu bildirdi. Vaxtım olmadığını, onun suallarını hüquqşünas həmkarım Fərzəli Əliyevin (həmin dövr “VİZA” hüquq firmasında çalışan) də cavablandıra biləcəyini dedikdə məndən xahiş etdi ki, ona 10 nəfər savadlı vəkil, hüquqşünas adı verim ki, onlarla da fikir mübadiləsi aparsın. 10 nəfər tanıdığım hüquqşünas, vəkil adı sadaladım və görüşü bitirdim. Təxminən bir həftə sonra tanınmış vəkillərdən biri mənə zəng vurub, vəkillərin “Kiyev” restoranında vəkilliklə bağlı yığışdıqlarını və məni də müzakirələrdə görmək istədiklərini bildirdi. Təxminən saat 19 radələrində görüş yerinə gəldim. Azərbaycanda olan tanınmış vəkillərin, hüquqşünasların demək olar ki, hamısı orada idi. Stolun başında isə həmin xanım, ABŞ-da çox tanınmış şəxs olduğunu elə orada öyrəndiyim, BMT-nin İnsan haqları üzrə Beynəlxalq Liqanın icraçı direktoru Ketrin Fitspatrik oturmuşdu. Söhbət zamanı məclisdə iştirak edənlərin həmin xanımı Qubaya, Masallıya və digər səfalı yerlərə istirahətə apardıqlarını bildim. Ketrinin dərhal mənimlə yaratdığı isti münasibətinin ətrafdakılarda qıcıq yaratdığını gördükdə işim var deyə məclisi yarımçıq tərk etdim. 1999-cu il yanvar ayının əvvəllərində Nyu Yorkdan Ketrin mənə zəng edib Dövlət Departamentinin proqramı ilə məni və təklif edəcəyim 1 nəfər vəkili də 3 həftəlik ABŞ-a təşkil edəcəkləri tədbirlərə dəvət etdi. İkinci şəxs olaraq “VİZA” hüquq firmasının icraçı direktoru olan Fərzəli Əliyevi təklif etdim. Bir gün sonra bu xəbəri eşidən “VİZA” hüquq firmasının hüquqşünası Natəvan xanım “tədbirlər ancaq kişilər gedir” deyə yarızarafat, yarıciddi irad bildirdi. Əlavə olaraq Natəvan xanımın da dəvət edilməsini xahiş etdim. Həmin il fevralın 20-dən martın 5-inə qədər ABŞ-da olduq. Onlarla şəhərlərdə tədbirlərdə iştirak etdik, universitetlərdə, tanınmış fondlarda, Senatda, Konqresdə, Ağ Evdə çoxsaylı və çox maraqlı görüşlərimiz keçdi. Tədbirlərlə birgə bizə gözəl istirahətlər də təşkil edildi. Sonuncu gün vida məclisində mən Ketrindən Bakıda ona diqqət ayırmadığıma, görüşü yarımçıq qoyduğuma görə üzr istədim. Əlavə olaraq xahiş etdim ki, mənə izah etsin, nə üçün ona diqqət yetirən vəkilləri, hüquqşünasları yox, əksinə, ona diqqətsizlik göstərmiş məni seçib. Ketrin gülümsəyərək cavab verdi ki, “əgər sən soruşmasan da hava limanında özüm bu söhbəti açacaqdım. O izah etdi ki, mənim savadlı vəkil, hüquqşünas kimi təklif etdiyim 10 nəfərin hər birindən, ondan savayı görüş üçün savadlı, prinsipial kimi təklif edəcəyini soruşmuş və hər birinin cavabı eyni olmuşdur: ”Məndən başqasını tanımıram”. Əlavə olaraq hər birindən Aslan İsmayılovu necə tanıyırsınız soruşduqda da cavab eyni olub: “O hakimiyyətin adamıdır, satqındır”. Ketrin əlavə etdi ki, bu görüşlərdən sonra mən belə qənaətə gəldim ki, onların hər birindən çox sənin rəyinə etibar etmək olar. Həmin məqamda fikirləşdim ki, elə mən özüm də mənə diqqətsizlik edəni yox, qayğı göstərəni dəvət edərdim… Bu barədə sonralar da fikirləşdim və gəldiyim nəticə o oldu ki, məhz bu yanaşmaya görə ABŞ dünyanın lider ölkəsidir, çünki onun vətəndaşları şəxsi mənafeyə görə yox, obyektiv yanaşmaya görə qərar qəbul edirlər. Elə sonralar da əmin oldum ki, haqqımda yayılan ən ağlagəlməz böhtanların da kökündə duran məhz paxıllıq olmuşdur.
Bu bəladan xilas olmayınca, bir birimizin uğuruna sevinməyincə bizim cəm halında heç bir uğurumuz olmayacaq. Məhz buna görə də bəlkə yer üzündə azərbaycanlılar qədər əhali nisbətində satqın damğası vurulmuş ikinci xalq yoxdur.
 
P.S. Gənclər, bizim səhvləri təkrarlayıb bizə oxşamayın. Bir-birinizin uğuruna sevinin ki, uğurlu olasınız.”
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Boko Haram” 400-dən çox qadın və uşağı girov götürüb

Next Post

“Airbus A320”də texniki problemlər qeydə alınıb

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

“Airbus A320”də texniki problemlər qeydə alınıb

Rumıniya-Bolqarıstanda-ABŞ hərbi təlimləri başladı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.