"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Tanınmış jurnalist Qulu Məhərrəmlini “vurdu” – Məkrli zavallı (VIDEO)

19 Fevral 2016 - 14:01
in SEÇMƏ XƏBƏRLƏR

“Tanınmış jurnalist Qulu Məhərrəmlini "vurdu" - Məkrli zavallı (VIDEO)

 

Bunu da oxuyun

UNICEF-in nümayəndəsi: COP29 konfransı Azərbaycan üçün uşaq hüquqları sahəsində xüsusi fürsət yaradır

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

“Əli Əliyevdən istifadə edirlər, ancaq heç kim onu yaxına buraxmır”

Teleməkanda Qulu Məhərrəmlini məhz bu cür taniyirlar
 
Rauf Rəcəbov
Əslində ana televiziyamız haqqında arzularımı və istəklərimi fevralın 14-də – Azərbaycan Televiziyasının yarandığı, kütləvi yayıma başladığı gün deməliydim. Təəssüflər olsun ki, yenə də şər və böhtan, məkrli niyyətlərini həyata keçirmək üçün həmişə pusquda olan televiziya “araşdırmaçısı” Qulu Məhərrəmlinin son «tədqiqatları” buna əngəl oldu.
Mənə elə gəlirdi ki, illər, ahıl yaş az da olsa Qulu Məhərrəmlini cilalaya bilib. Yanılmışam. Sən demə, köntöy daşlar heç vaxt cilaya yatmır. Qulu Məhərrəmli də içində özü boyda kin-küdurət gəzdirən o köntöy daşlardandır. Həmişəki ənənəsinə sadiq olan Q.Məhərrəmli AzTV-nin 60 illik yubileyində də daxilindəki irinlı yaraları nümayiş etdirdi.
Bəlkə də tamasaçıların əksəriyyəti onun adını çoxdan unudub, çünki Qulu Məhərrəmli yerli teleməkanın nə Larri Kingi, nə Mehmet Əli Birandı, nə də Vladimir Pozneri idi. O, heç Mirşahin də deyildi…
Şübhə etmirəm ki, onun alimliyi də bu gündədir. AzTV-də çoxları bilir ki, Qulu Məhərrəmlinin plagiatlıqla arası sazdır. Proses belə baş verirdi. Bu “ağildan bəla araşdırmaçı” getdiyi ölkələrdə aldıgı və ya əldə etdiyi kitabları AzTV-nın əməkdaşı Salar Aslanova tərcümə etdirərdi. Sonra Q.Məhərrəmli həmin hissələri öz beyninin məhsulu kimi kitablarına daxil edirdi. Burada söhbət iqtibasdan və yaxud istinadlardan getmir. Q.Məhərrəmli başqalarının əqli mülkiyyətinə əməlli-başlı “sahiblənməyi” artıq “şakərə” çevirmişdi. Hətta onunla səfərdə olan həmkarlarından biri “kitabından Tsvekin iyi gəlir” sözünü Qulunun üzünə söyləyəndə, o, bu ifşanı malalamağa çalışmışdı. AzTV sədrinin keçmiş müavini Vaqif Ağayevin danışdığı əhvalat isə bir şoxlarının yaxşı xatirindədir. Bir dəfə V.Ağayevdən televiziya terminlərinə dair kitab alan Qulu bir müddət sonra onu geri qaytarır. Amma kitabın 20 səhifəsi cırılmış halda… Sonradan Qulunun nəşr olunmuş yeni kitabı V.Ağayevə təqdim olunanda, sədr müavini plagiatlığın şahidi olduğunu deyirdi.
Əslində Qulu Məhərrəmliyə artıq “YETƏR!” deməyin zamanı çatıb. O, özü haqqında “demokratik ruhlu”, “müstəqil şəxs” imici yaratmağa çalışsa da, onu yaxından tanıyanlar bunun tam tərsinə olduğunu çox gözəl bilirlər. O, tabeliyində olan jurnalistlərin və diğər əməkdaşların müəllif və digər fundamental hüquqlarını kobudcasına tapdalayan bir zavallıdır. Bir sözlə, zəifin qənimi, güclünün kiçiyidir. Əgər beynəlxalq media təşkilatlarında və hüquq müdafiəsi təşkilatlarında bilsələr ki, Qulu Məhərrəmli öz avtomobilini rejissoruna yuduzdurur, bir telejurnalistin ərsəyə gətirdiyi verilişi onun əlindən alıb, mahiyyətindən xəbəri olmayan “adamlarına” verir, işçisini mənəvi işgəncələrə və mənəvi terrora məruz qoyurdu, yəqin ki, beynəlxalq ekspertlər onunla bir sırada dayanmağı özlərinə təhqir hesab edərlər.
Onun özündən “dürust insan” obrazı yaratmağa, AzTV-ni “kriminallaşan” bur qurum kimi təqdim etmək cəhdi isə əsl cəfəngiyyatdir. Biz kiçik məmləkətdə yaşayiriq və kimin kim olduğunu çox gözəl bilirik. İndiyə qədər hansisa jurnalist quru maaşla özünə villa tikdirə, avtomobil ala bilibmi? Əlbəttə ki, yox. Amma əmək haqqının və qonorarın o qədər də yüksək olmadığı AzTV-də çalısarkən Qulu Məhərrəmlinin Patamdarda 4 mərtəbəli villa tikdirdiyi çox adama bəlli idi. Patamdardakı torpaq sahəsi AzTV əməkdaşlarına paylananda, Qulu da bu fürsətdən bəhrələnmişdi. Hazırda Qulunun həmin villani sataraq, goydələn binada 2 mənzil aldığı deyilir. İstər torpaq sahəsinə yiyələnəndə, istərsə də xarici avtomobilinin pulunu “Səhər”in reklamları hesabına ödəyəndə, Q.Məhərrəmli bunun jurnalistika peşəsi ilə bir araya sığmadığını heç yadına belə salmamışdı.Görəsən, “ünlü” telejuralist cavab verə bilərmi ki, qızlarına mənzili hansı pulla alib?
Sabit Rəhmanın minsifətli “Mindilli” obrazını xatirladan Qulu Məhərrəmlidən danışanda bəlkə də yuxarıda sadalananlara ehtiyac yoxdur. Onun müxtəlif dövrlərdə mətbu orqanlara verdiyi müsahibələrə və ya qələmə aldığı yazılara nəzər salsaq, onun AzTV məsələsində necə qeyri-səmimi olduğu ortaya çıxar.
Məsələn, “Həftə içi” qəzetinin 30 iyun – 2 iyul 2007-ci il tarixli sayında Qulu Məhərrəmlinin “AzTV büsbütün yeniləşir” başlıqlı müsahibəsi dərc olunmuşdu. “AzTV-də gedən prosesləri necə qiymətləndirirsiniz?” sualına Qulu Məhərrəmli belə cavab vermişdı: “Mübaliğəsiz deyim ki, bu gün AzTV-də təkcə texnika və texnologiya yeniləşmir, efirin siması, dizaynı, ritmı dəyişir, ekrana yeni verilişlər, yenı sifətlər gəlir. Yəni bütövlükdə istehsalat sistemi və münasibətlər dəyişir. Con 25-30 ildə görülməli olan mürəkkəb işlərin ağirlığı indi bir adamın çiyninə düşüb. Arif Alışanov televiziyada böyüdüyü üçün həssas nöqtələri yaxşıbilir, heç bir sədrin risk etmədiyi addımları atır,əsaslı kadr dəyişikliyi aparır və bu məsələdə bəzən qınaqlara məruz qalır. Amma başqa yol yoxdur.Yaxşı, müasir televiziya yaratmaq üçün belə addımlar mutləq atılmalıdlr. Həqiqi ekran yaradıcılığına gedən yol das-kəsəkdən təmizlənməli, yol hamar olmalıdır. Dünya teleməkanına inteqrasıya yolunu secmiş televiziyada hər şey modern görünməlidir, çünki yaxşı televiziya millətin qüruru deməkdir”.
Və yaxud “Tvplyus” dərgisinin 2007-ci il avqust sayında Q.Məhərrəmli yazmışdı: “Televiziyada 29-cu ildir ki, çalışıram və mən indiyədək burada bu miqyasda yeniləşmə aparılmasının şahidi olmamışam”.
Necə deyərlər, “no comment”. AzTV rəhbərliyi də Q.Məhərrəmlinin istəyini ürəyində qoymadı. Nəhayət ki, ölkənin ilk və əsas televiziyasını yerində olmayan “köntey” daş-kəsəkdən təmizlədi.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

`Mütəllibov Xocalı faciəsinin baş verəcəyini əvvəlcədən bilirdi` – Hərbi prokuror

Next Post

ABŞ Türkiyənin terrordan müdafiəsini DƏSTƏKLƏDİ

Bənzər yazılar

Prezident İlham Əliyevin Türkiyəyə rəsmi səfəri başa çatıb

UNICEF-in nümayəndəsi: COP29 konfransı Azərbaycan üçün uşaq hüquqları sahəsində xüsusi fürsət yaradır

19 Fevral 2024 - 20:25

COP29 konfransı qlobal iqlim müzakirələrinin ön sıralarında uşaqlara və gənclərə yer verilməsi baxımından Azərbaycanın aparıcı rol oynaması üçün xüsusi fürsət...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Əli Həziquliyev: “İsa Sadıqov Rusiya hərbi sənaye kompleksinə bağlı biridir”

“Əli Əliyevdən istifadə edirlər, ancaq heç kim onu yaxına buraxmır”

29 Avqust 2021 - 23:58

Əli Əliyevin BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevə qarşı irəli sürdüyü ittihamlara BAXCP sədrinin müavini Əli Həziquliyev Xalq Cəbhəsi.az saytında cavab...

Əli Həsənovun intim videosu, Sahil Babayevin addımları, Şeyxə hücum və Jirnovskinin… – SENSASİON DETALLAR

Əli Həsənovun intim videosu, Sahil Babayevin addımları, Şeyxə hücum və Jirnovskinin… – SENSASİON DETALLAR

26 Avqust 2021 - 11:48

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, Elchi.az saytının baş redaktoru Əli Həziquliyevin Publika.az-a müsahibəsi: - Əli bəy, Əli Həsənovun intim...

Next Post

ABŞ Türkiyənin terrordan müdafiəsini DƏSTƏKLƏDİ

Tiflis Bəyannaməsinin əhəmiyyəti nədir?

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.