“Qobuda yenə saatlarla qaz və işıq olmayıb”
Bir az öncə işdən yorğun-arğın evə gələr-gəlməz məlum oldu ki, bu gün məmləkətimizin sanki lənətlənmiş guşəsi olan Qobuda yenə saatlarla qaz və işıq olmayıb… Səhər tezdən-10 radələrində söndürülən qaz təxminən 6-7 saat sonra yandırılıb, qazla eyni vaxtda sönən-söndürülən işıq, elektirik enerjisi isə təxminən 8-9 saat sonra verilib…
Bu gün səhv etmirəmsə, bəzi bölgələrdə qazın verilişinin müvvəqqəti olaraq dayandırılacağı barədə mediada rastıma çıxan məlumatları yadıma salıb qaza görə bir o qədər də hirslənmədim, bunu “anlasyışla” qarşıladım…Bəs, xəbərdarlıq edilmədən və heç bir əsas-filan olmadan işığın qazla eyni vaxtda söndürülməsinə nə ad verəsən? Özü də sentyabrın sonlarından adət halını alıb yenidən… Qarı yox, boranı yox, güclü küləyi, çovğunu yox…Belə olan halda, işığı nəyə görə söndürüblər? Lap tutaq ki, qar da yağdı, boran-çovğun da oldu, bu, ona əsas verir və ya verməlidir ki, başqa bölgələrdə yox, məhz dərhal Qobu və Hökməlidə işıq söndürülməlidir? “Məntiqinizi” yesinlər elə…Görəsən, bunların “məntiq” müəllimləri kim olub elə? Və yaxud da, bunlar təkcə Qobu və Hökməli camaatınınmı qədrinə qalırlar? “Qədrinizi-qiymətinizi” yesinlər sizin… “Azərenerji”nin bəzi səlahiyyətlərinin də alınıb “Azərişıq”a veriləndə sevinmişdik ki, bəlkə heç olmasa, bu ildən, daha doğrusu, növbəti payız-qız mövsümündən üzümüz gülər, işıqlarımız Allah deyəndə qəsdən və faşistcəsinə söndürülməz, onsuz da imkansızlıqdan, yoldan, marşrutdan, zığdan-plaçıqdan və sairədən əziyyət çəkən insanların əziyyətinin üstünə yenidən növbəti əlavə əziyyət yüklənməz…
Amma atalar məsəlində deyildiyi kimi, sən saydığını say, gör fələk, bizim işığa məsul olan, həmçinin, “qazı alınmış” məsuliyyətsizlərimiz nə sayırlar… Artıq havaların soyuduğu bir vaxtdır…Belə vaxtlarda da nə əsasız yerə qazı, nə də işığı söndürmək olar…Bu, Allah yanında da, bənd yanında da günahdır…Axı, ən azı nəzərə almaq lazımdır ki, xəstə, ahıl, yaşlı insanlar, körpələr var…Onları qaz və işıq olmayan evdə yaşamağa məhkum, soyuğa və zülmətə qərq etmək nə qədər insanlıqdandır? Vallah 10 ildir ki, Qobu deyilən fəlakətdə yaşayıram, mən mətbuatda, feysbukda yazmaqdan, söyməkdən, aidiyyatı yerlərə zəng vurmaqdan yoruldum, amma işığa və qaza məsul olan məsuliyyətsizlərimiz yorulmadılar, üzlülüklərinə salıb dirəşdilər, hələ bir astarını da istədilər, insanların əsəbləri ilə mazoxistcəsinə oynadılar və hələ də oynamaqdadırlar… Yollarımız, marşrutumuz da başqa bir “aləmdir”…Yazmaqla, söyləməklə bitəsi dərdlər deyil…
Yollar, izlər it günündədir, bir balaca yağış yağdı, palçıq, zığ dizə çıxır, utandığından, əsəbindən evdən çıxmaq istəmirsən…Biabırçılıqdır…Marşrut da ki…10 il əvvəl də cəmi bir marşrut idi (167), 10 il sonra da cəmi bir marşrurt…Qobuda və Hökməlidə (həmçinin, Sulutəpə və Yeni Güzdəkdə yaşayanların) yaşayanların sayı ən azı 2-3 dəfə artıb, amma 167 yerində tək sayır…Hamı bir-birinin belində, abır-həya qalmadan sürtüşə-sürtüşə, qapıdan sallana-sallana şəhərdən Qobuya, Qobudan da şəhərə şütüyür… Söyüşün, qarğışın, saçyoldusunun da biri beş qəpik…Dur, pulsuz tamaşa elə…Sanki elə, belə də olmalıymış…Heç kimin də vecinə deyil…Adı olub, özü olmayan kanalizasiya xətlərindən isə danışmağına dəyməz… Son seçkilərdə Qobunun (Abşeron-Qobustan seçki dairəsinin) deputatı canım qədər sevdiyim, Azərbaycanımızın və Türk Dünyamızın fəxri, Millətinin Vəkili Zeynəb xanım oldu…Zeynəb xanıma üz tutaraq söyləmək istəyirəm ki, canım, əzizim Zeynəb xanım, Sizdən qabaq bu dairənin, bu bölgənin deputatları olub, çoxu da imkanlı, vəzifəli şəxslər, sonuncusu da AzTV-nın şefi Arif Alışanov…
Amma onların nə üzünü görən, nə də səsini eşidən olub…Bir dəfə olsun belə, bu bölgə, dairə ilə maraqlanmyıblar, insanların halına yanmayıblar…
Amma inanıram və qəti əminəm ki, özünüzün də dediyiniz kimi, yetimlər anası olan Zeynəb xanım əvvəlkilər kimi olmayacaq, Qobuluların, bu dairədə yaşayan hər biri insanın arxası, dayağı olacaqsınız. Bizlərin dərd-sərlərini, problemlərini parlamentdə və digər yerlərdə gur səslə qaldıracaqsınız. Buna adım kimi əminəm, canım Zeynəb xanım. Fürsətdən də istifadə edib Sizi bir daha təbrik edir və növbəti 5 illik fəaliyyətinizdə uğurlar arzulyarım. Allah Sizi, Azərbaycanımızı qorusun. Amin!