"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

`TAP-ın arxasındakı qaranlıq oyunlar` – İtaliya qəzeti araşdırdı

03 Dekabr 2016 - 08:19
in XƏBƏR LENTİ

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

İtaliyanın nüfuzlu “Il Giornale” qəzetinin “Occhi della Guerra” bölümündə son günlərdə İtaliyada Azərbaycana və TAP layihəsinə qarşı aparılan təxribat kampaniyasının arxasında dayanan səbəblərə dair “TAP-ın arxasındakı qaranlıq oyunlar” adlı məqalə dərc edilib.

Müəllifi “Nodo di Gordio” beyin mərkəzinin baş tədqiqatçısı professor Andrea Marcigliano olan məqalədə qeyd edilir ki, Azərbaycan yataqlarından çıxarılan qazı İtaliyaya nəql edəcək Transadriatik qaz kəməri (TAP) layihəsi ətrafında qəribə “küləklər” əsir:

“Qəribə və təhdidedici küləklər. TAP İtaliyanı, daha dəqiq desək, təyinat nöqtəsi olan Puliyanı bütün Avropaya qaz paylaşdırmaq imkanlarına sahib olacağı səbəbindən mühüm strateji qovşağa çevirəcək. Böyük inkişaf potensialına malik bu qaz kəməri hətta Aİ tərəfindən Birgə Maraq Layihəsi statusuna layiq görülərək, Aİ-nin enerji siyasətinin strateji məqsədlərinə xidmət edəcək 12 prioritet “dəhliz”dən biri olan “Cənub Qaz Dəhlizi”nin mühüm hissəsini təşkil edir. Bundan başqa, TAP-ın tikinti xərclərinin böyük hissəsi “Şahdəniz-2” yatağını idarə edən Azərbaycan konsorsiumu tərəfindən qarşılanacaq və ətraf mühitə təsirlərin qiymətləndirilməsi göstərir ki, layihə yüksək ekoloji göstəricilərə malikdir.

TAP qaz kəməri vasitəsilə yaxın zamanda il ərizndə 10 milyard kub, daha sonra isə 20 milyard kub qazın nəqli üçün bütün məsələlər qaydasında olmalıdır. Bu infrastrukturun strateji əhəmiyyətini dərk etmək çətin deyil. Belə ki, bu layihənin reallaşması həm Puliya iqtisadiyyatına, həm də ümumilikdə bütün ölkə sənayesinə böyük fayda gətirəcək. Unutmaq lazım deyil ki, məhz TAP sayəsində İtaliya Azərbaycan qazını Avropaya daşımaqla strateji qovşağa çevriləcək və nəhayət ki, adi bir idxalçı ölkə kimi aşağı status vəziyyətindən çıxacaq.

Bütün bu şübhə edilə bilməyən üstünlüklərə baxmayaraq, “kimsə” layihənin həyata keçirilməsini əngəlləməyə cəhd göstərir. Əvvəllər “Puliyanın gözəl sahili dağıdılacaq”, “Zeytun ağacları kəsiləcək” kimi ekoloji bəhanələr ekoloji təsirin elmi cəhətdən dəyərləndirilməsinin üzə çıxması ilə puça çıxıb. Daha sonra Puliya regionunun prezidenti Mikele Emilliano kəmərin Leççedən deyil, Brindisidən keçməyini təklif edərək TAP-ın marşrutundan şikayət etməyə başladı. Həyata keçirilməsi çətin olan bu təklif layihə üzrə işlərin bir neçə il təxirə salınmasına gətirib çıxaracaq və layihənin beynəlxalq səhmdarlarını boru kəmərinin marşrutunu dəyişdirməyə və onu bizim sahillərimizə doğru çəkməməyə məcbur edəcək.

Lakin indi TAP-ın həyata keçirilməsi üçün vacib şərt olan İtaliya və Azərbaycan arasında mövcud əla münasibətlərə zərbə vurmağa yönəlmiş, bütün jurnalistika vasitələrindən istifadə etməklə böyük media hücumu başlayıb. Bu media hücumu, əsasən, Bakının guya “ifadə azadlığı və insan haqlarını sistematik şəkildə pozması” tezisi üzərində qurulub. Lakin unudulur ki, İtaliyanın Azərbaycandakı səfiri Canpaolo Kutillonun dediyi kimi, Azərbaycan bütün dini və mədəni azadlıqların hüquqları təmin edilən dünyəvi bir dövlətdir və bu ölkə Qərb tipli siyasi-institusional modelin qurulması istiqamətində önəmli dövlət quruculuğu prosesi yaşayır. Digər tərəfdən, Roma-Bakı münasibətlərinə zərbə vurmağa çalışanların liberal demokratiya nümunəsi olmayan, tolerantlıq və multikulturalizmdən uzaq olan dövlətlərlə İtaliyanın mövcud iqtisadi münasibətlərinə dair susqunluq nümayiş etdirməsi təəccüb doğurur.

Bu qaranlıq görünən məsələdən başqa, sual ediləsi digər məsələ Roma və Bakı arasındakı münasibətlərdə mümkün böhrandan kimlərin bəhrələnə biləcəyi, xüsusilə də kimlərin TAP-ın reallaşmamasında maraqlı olmasıdır. Çoxlu fərziyyələr mövcuddur və böyük ehtimalla bu, Demokratik Partiyanın daxilində Mikele Emiliano və Matteo Renzi arasındakı ədavət kimi ölkəmizdə dar maraqların qəliz bir torunun mövcudluğu ilə bağlıdır və daha qəliz olanlar isə iti baxışlı siyasi və iqtisadi maraqlara malik beynəlxalq “güclər”dir. O güclər ki, İtaliyanın, göründüyü kimi, Qaz bazarında mövcud “böyük oyun”un fəal iştirakçısı olmasını istəmirlər və İtaliyanı ağır şərtlərə tabe olmağa məcbur edirlər.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycanlılar üçün Rusiya pasportu almaq asanlaşır

Next Post

“Quduz it”in müdafiə naziri təyinatı nədən xəbər verir…

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

“Quduz it”in müdafiə naziri təyinatı nədən xəbər verir...

Rayonlara qar yağacaq

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.