Zahid Oruc bu strukturun fəaliyyətinə yenidən baxmağı təklif edib
Millət vəkili Zahid Oruc Tarif Şurasının statusunun dəyişdirilməsini təklif edib.
ANS PRESS-in məlumatına görə, deputat bu barədə Milli Məclisin bu gün keçirilən iclasında bildirib.
Deputat Tarif Şurasının benzinin qiyməti ilə bağlı verdiyi anlaşılmaz qərarları xatırladıb və bu strukturun fəaliyyətinə yenidən baxmağın lazım olduğunu dilə gətirib.
Zahid Oruc bu qurumda QHT-lərdən, parlamentdən, hətta Mətbuat Şurasından nümayəndələrin təmsil olunmasının zəruriliyini vurğulayıb:
“Sübut olundu ki, Tarif Şurası Aİ 92 və Aİ 95-in qiymətinə yanaşmada çox səhv metodoloji yanaşmadan istifadə edilib. Belə bir qurumun tərkibinin müavinlər səviyyəsində formalaşması, şuranın statusu və hansı prinsiplərlə fəaliyyət göstərməsi məsələsinə baxılmalıdır. Fikrimcə, Tarif Şurasının statusunu qanunla yenidən müəyyən edilməlidir”, – deyə deputat söyləyib.
ANS PRESS



