"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Tarix mənə bəraət verəcək” – 15 nəfərin ölümündə ittiham olunanlar son söz dedilər

23 Yanvar 2017 - 14:27
in XƏBƏR LENTİ

Binəqədidə 15 nəfərin ölümünə səbəb olan yanğın hadisəsinə görə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Musavat.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçieilən prosesdə təqsirləndirilən şəxslər son sözlə çıxış ediblər. Məhkəmədə “Global Construction” MMC-nin idarə heyətinin sədr müavini Ələkbər Əsgərov son sözündə təqsirsiz olduğunu, məhkəmənin barəsində bəraət hökmü çıxaracağına inandığını söyləyib.
Digər təqsirləndirilən Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri olmuş Ədalət Rəcəbov günahsız olduğunu və əməllərində cinayət tərkibinin olmadığını deyib: “Burada məqsəd Bakını gözəlləşdirmək olub. Mənim vəzifə öhdəliyimdə yanğın təhlükəsizliyinə nəzarət etmək hüququm olmayıb. İnanıram ki, məhkəmə ədalətli qərar çıxaracaq. Günahsız olduğum aydın şəkildə görünür”.
72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Nizami Orucov isə son sözündə deyib ki, o, sadəcə olaraq binanın təmizlik işinə baxıb. Nəzarət etdiyi ərazinin zibildən təmizləndiyini deyən N.Orucov günahsız olduğunu bildirib.
Miryusif Mahmudov isə son sözündə qeyd edib ki, məhkəmə istintaqı zamanı hadisənin əsas səbəbi məlum olub: “Elin gözü tərəzidir. Bu tərəzi də hörmətli hakim, sizin əlinizdədir. Dövlətini sevən şəxs istənilən sahədə faydalı iş görə bilər. Mən özüm də dövlətimə faydalı olmuşam. Hadisə barədə fikirlərim bəllidir. Məni hədələyib, prezidentin gözündən salacaqlarını deyiblər. Mən bu gün onları alqışlayıram, istəklərinə çatdılar, çox qüdrətli adamlardılar. Bu gün məhkəmənin qərarından asılı olmayaraq prezdentimi sevirəm,  sevəcəm də. Çünki mənim bir məqsədim var. Düşmənin dəyirmanına su tökmək lazım deyil. Bu mənim hadisə ilə bağlı fikirlərimdir”.
Miryusif Mahmudovun sözlərinə görə, təsisçisi olduğu “Qlobal Stone” və “Global Construction” şirkətlərinin gördüyü işlər tam standartlara uyğun olub: “Olan faktlar haqqında danışmaq lazımdır. Hərə bir qurumu pislədi. Belə olsa hara kimi gedə bilərik. FHN uğurlu işlər görüb. Xətaidə yanan bina vaxtında söndürüldü, insan təlafatı olmadı. Azadlıqda binanı yandıranlar yolda tixac yaratdılar, yanğını söndürənlərin vaxtında hadisə yerinə çatmasına imkan vermədilər. Yanğın söndürənlərə təşəkkür edirəm, çünki daha acınacaqlı vəziyyətin qarşısını ala bildilər. Təxliyyə işləri düzgün qurulub. Amma bina 1980-ci ildə tikilib, həmin stadrtlara uyğun bina heç yerdə yoxdur. Azərbaycan FHN-i yox, başqa ölkənin yanğınsöndürəni də insanları xilas edə bilməzdi”.
Təqsirləndirilən şəxs məhkəmənin ədalətli qərar çıxaracağına inandığını söyləyib: “Mən məhkəmədən bəraət istəmirəm, tarix mənim bəraətimi verəcək. Məhkəmədən həbsdə yatdığım dövrümü istəyirəm, ailəmin-uşağımın yanına gedim. Gördüyüm işlərlə qururluyam, başı aşağı olacaq hərəkət etməmişəm. Mən necə varamsa, elə də olacam”.
Digər təqsirləndirilən şəxs, hazırda ev dustaqlığında olan Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da çıxışı zamanı günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Hazırda ev dustaqlığında olan “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Ağacavad Məmmədov da barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Qeyd edək ki, prokuror Miryusif Mahmudovun 10 il, Ələkbər Əsgərovun 7 il, Uğur Bəşirovun 8 il, Qəzənfər Novruzovun 7 il, Ədalət Rəcəbovun 7 il, Nizami Orucovun 5 il, Ağacavad Məmmədovun 5 il və Akif Əlibəyovun 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Növbəti məhkəmə prosesi yanvarın 26-na təyin edilib.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Manat bahalaşıb

Next Post

`Metsamor region üçün təhlükə mənbəyidir` – Erməni mütəxəss

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

`Metsamor region üçün təhlükə mənbəyidir` - Erməni mütəxəss

QHT rəhbəri Sülh Platformasına qoşuldu

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.