İspaniya 1-ci Futbol Liqasının (La Liqa) 31-ci həftəsində Real Madrid səfərdə “Jirona”ya 4:2 hesabı ilə uduzub. “Jirona”nın futbolçusu Taty 76 ildən sonra liqada “Real Madrid”ə 4 qol vuran 5-ci futbolçu olub.
Elchi.az xəbər verir ki, Argentinalı futbolçu Valentin Mariano Xose Kastelanos Gimenes (dəqiqə 12, min. 24, min. 46 və min. 62) “Taty” ləqəbli 4 qolla “Jirona”ya qələbə qazandırıb.
Real Madridin qollarını Vinisius (Min. 34) və Lukas Vaskes (Min. 85) vurub.
Liqada 6-cı məğlubiyyətini alan “Real Madrid” 65 xalla 2-ci pillədə qalıb.
Lider “Barselona” (76 xal) sabah axşam səfərdə “Rayo Valyekano”ya qalib gəlsə, “Real Madrid”lə xal fərqini 14-ə çatdıracaq.
Meydanda “Real Madrid”i məğlub edən “Jirona” 41 xalla 9-cu pillədə qərarlaşıb.
Şayəstə Hüseynova




