"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

`Tax Free` nədir və nə üçün lazımdır? – ÖNƏMLİ QƏRAR

14 İyul 2016 - 07:43
in XƏBƏR LENTİ

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Qanun imzalanaraq qüvvəyə minib. Bu qanun əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycanda alınmış, istehsal yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) ölkədən çıxarkən qaytarılmasını təsbit edir.

Vergi Məcəlləsinin 165.3-cü maddəsinə uyğun olaraq ƏDV-nin qaytarılması şərti ilə satışı həyata keçirmək üçün müvafiq icra hakimiyyəti orqanına müraciət forması, vergi ödəyicisinin qeydiyyatı, müvafiq proqram təminatı və texniki avadanlıqla təchiz edilməsi, sistemin təşkili ilə bağlı müəyyən edilmiş gömrük sərhəd buraxılış məntəqələrində zəruri infrastrukturun yaradılması, ƏDV-nin qaytarılacağı malların təyinatı və sair məsələlərin tənzimlənməsini əks etdirir.

Ölkəmizdə “Tax Free” sisteminin tətbiqi turizmin inkişafına necə təsir edəcək?

İqtisadçı Samir Əliyev AzVision.az-a açıqlamasında bildirib ki, Azərbaycanda “Tax Free” sisteminin tətbiq edilməsi müsbət haldır. Onun sözlərinə görə, ölkəmizdə də bu sistemin tətbiqi turizm baxımından mühüm əhəmiyyət kəsb edir.

“Bu sistem bir çox ölkələrdə tətbiq olunur. Bildiyimiz kimi, məhsul alarkən edilən ödənişə ƏDV-də əlavə olunur. Bu sistem vasitəsilə xarici ölkə vətəndaşı, turist ölkədən çıxanda məhsul üzrə tətbiq edilən ƏDV faizi həmin şəxsə qaytarılır. Əlbəttə, bunun üçün alınan məhsulun qəbzi olmalıdır. Bunun üçün mağazada məhsul alarkən xüsusi blank doldurulur. Orada nə qədər pulun geri alınacağı göstərilir. Ölkəni tərk edərkən həmin sənəd gömrük orqanına təqdim edirlir və məhsul üçün ödənilən ƏDV geri qaytarılır”.

İqtisadçının fikrincə, “Tax Free” sisteminin tətbiqində əsas məqsəd ölkəyə turist cəlb etməkdir: “Hər bir ölkə turizm sahəsinə ciddi fikir verir. Turizm ən gəlirli sahələrdən biridir. Amma turizm sahəsinin inkişafı üçün tək bununla kifayətlənmək olmaz. “Tax Free” turizmin inkişafı istiqamətdə atılan addımlardan biridir. Ölkəmizdə belə bir addımın atılmasına ehtiyac var idi. Çünki başqa ölkələrlə müqayisədə bizdə qiymətlər bir qədər bahadır. “Tax free” vasitəsilə müəyyən qədər alıcılığı stimullaşdırmaq olar”.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı isə açıqlamasında qeyd edib ki, ölkəyə beynəlxalq və regional turist axını, turizm və pərakəndə ticarət sektoruna dəstək göstərilməsi, yerli istehsalın stimullaşdırılması və bu sahələrdə əhalinin məşğulluğunun artırılması baxımından mühüm əhəmiyyət kəsb edən bu sistemin beynəlxalq təcrübədə tətbiqi təhlil edilib. Təhlil nəticəsində müəyyən olunub ki, Avropa İttifaqına üzv dövlətlər, “Böyük İyirmilik” ölkələrinin 70 faizi, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının üzvlərinin 90 faizi, region ölkələrindən isə Türkiyə və Gürcüstan “Tax Free” sistemini tətbiq edirlər. Bu sistemə görə xarici turistlərin ölkə ərazisində alınmış mallara görə ödədikləri istehlak vergiləri (Azərbaycanda əlavə dəyər vergisi) həmin mallar ölkə ərazisindən ixrac edilərkən onlara geri qaytarılır. Təhlil göstərir ki, ƏDV üzrə büdcə daxilolmalarında müşahidə olunacaq azalma, sistemin uğurlu tətbiqi nəticəsində artan pərakəndə ticarət dövriyyəsi üzrə vergitutma bazasının genişlənməsi hesabına qısa müddət ərzində kompensasiya olunacaq.

Onun sözlərinə görə, Azərbaycanda manatın devalvasiyası turistlər üçün ölkəmizdə qiymətləri əvvəlkinə nisbətən daha cəlbedici edib. “Tax Free” sisteminin tətbiqi ilə qiymətlərin xarici turistlər üçün daha da azalması turizm sektoruna əlavə dəstək verəcək. “Tax Free” turizmlə bağlı olan nəqliyyat, logistika, otel, əyləncə, ərzaq, içkilər, kənd təsərrüfatı və turistlər üçün cəlbedici olacaq – xalça, suvenir və geyim əşyaları kimi istehlak malları sektorlarının stimullaşdırılması deməkdir. Ümumiyyətlə, qlobal trendlər onu göstərir ki, turizmin iqtisadiyyata verəcəyi töhfələr arasında alış-veriş həcmi getdikcə öz əhəmiyyətini artıracaq. Bu mənada ölkəmizdə “Tax Free”nin tətbiqi qlobal trendlərə uyğun olmaqla Azərbaycanda turizm sektoru üzərindən yeni iş yerlərinin açılması, gəlirlərin artması, kapital qoyuluşu və vergi bazasının genişlənməsi kimi məsələlərə xidmət edəcək.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Nazirlikdən valideynləri sevindirən qərarla bağlı Açıqlama

Next Post

Pentaqon: İŞİD liderləri məhv edilib

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Pentaqon: İŞİD liderləri məhv edilib

Pyotr Poroşenko Bakıdadır - FOTO

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.