Tailandda küçədə tapdığı bir illik maaşı dəyərində qızıl aksessuarları çatdıran təmizlik işçisi bələdiyyə sədri tərəfindən mükafatlandırılıb.
Elchi.az xəbər verir ki, yerli medianın məlumatına görə, 55 yaşlı bələdiyyə təmizləyicisi Ratree Chumwong bu səhər vəzifə yerinə yetirərkən içərisində bir neçə qızıl aksesuar olan şəffaf qapaqlı qutu tapıb.
Təxminən 5 min 650 dollar dəyərində olduğu bildirilən qızıl aksesuarlarının zərgərdən alındığını anlayan Ratree, onları sahibinə çatdırmaq üçün polisə xəbər verib.
Polisin apardığı iş nəticəsində qızıl aksesuarlar sahibi müəyyən edilən fotoqraf İttifona təhvil verilib.Fotoqraf mətbuata verdiyi açıqlamada qutunu yerə atdığının fərqində olmadığını, təmizlikçi qadına minnətdar olduğunu bildirib.
Phetchabun meri Şıkan Niyompenq təmizlikçi qadına dürüstlüyünə görə təşəkkürnamə və bir qədər pul verib.Sexan bildirdi ki, Ratree-ni bələdiyyə işçiləri üçün işə götürməyi düşünürlər.Küçədən tapıb gətirdiyi qızıl aksesuarlarının dəyərinin təmizlik işçilərinin bir illik maaşına bərabər olduğu bildirilib.
Şayəstə Hüseynova




