Tayvanın qapısı həmişə Pekinlə əlaqəyə açıq olacaq. Elchi.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu ada administrasiyası rəhbərinin müavini və yanvarın 13-də keçiriləcək seçkilərdə Tayvan administrasiyasının rəhbəri vəzifəsinə əsas namizəd Lay Qinqde deyib.
“Qapımız bərabərlik və ləyaqət prinsipləri əsasında Pekin ilə qarşılıqlı əlaqə üçün həmişə açıq olacaq”- deyə o bildirib.
Siyasətçinin sözlərinə görə, Tayvan rəhbərliyinin Çinlə qarşılıqlı əlaqəyə hazır olması sülhü qorumaq və Tayvan boğazının hər iki tərəfində yaşayan insanların ümumi iradəsini reallaşdırmaq istəyi ilə əsaslandırılır.
Qeyd edək ki, əvvəllər Tayvan Müdafiə Nazirliyinin birgə əməliyyatların planlaşdırılması departamentinin rəis müavini Vanq Jiajun Çindən gələn hər bir şarın vurulması ideyasından imtina etmişdi. O, bunun Çin hökumətinin gözlədiyi kimi, sursat itkisi olduğunu izah edib.
Havar Şəfiyeva






