Tayvanda 7,4 və 6,4 bal gücündə iki zəlzələ baş verib. Yaponiyada da hiss olunan zəlzələdə ilkin məlumatlara görə 4 nəfər ölüb, 90-dan çox insan xəsarət alıb.
Elchi.az xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) 7,4 bal gücündə zəlzələnin episentrinin Tayvanın şərq sahilindəki Hualien şəhərindən 18 kilometr cənubda olduğunu bildirib.
34,8 kilometr dərinlikdə baş verən zəlzələ nəticəsində rayondakı yaşayış məntəqələrinə ziyan dəyib, ilkin məlumata görə, 4 nəfər həlak olub, 90-dan çox insan xəsarət alıb.
Tayvan Mərkəzi Meteorologiya İdarəsi (CWA) zəlzələnin maqnitudasının 7,2 olduğunu və Hualien şəhərindən 25 kilometr cənubda və 15 kilometr dərinlikdə qeydə alındığını bildirib.
CWA, bunun son 25 ildə Tayvanı vuran ən güclü zəlzələ olduğunu bildirdi və adanın şimal bölgələri üçün nəhəng dalğa xəbərdarlığını etdi.
Nuranə Məmmədova






