Bu gün Tayvanı quruya vuran Koinu qasırğasının yaratdığı güclü külək və yağışlar nəticəsində 190 nəfər xəsarət alıb.
Elchi.az xəbər verir ki, Tayvan yanğınsöndürmə briqadasının verdiyi açıqlamaya görə, Hençun yarımadasında küləyin sürəti saatda 252 kilometrə çatan “4-cü kateqoriya” tayfunu 190 nəfərin yaralanmasına səbəb olub.
Ölkənin cənub-şərqində yerləşən 5 min əhalisi olan Orkide adasında təsirli olan külək vasitələri uçurarkən, limandakı balıqçı qayıqları batdı.
Tayvanın əsas hava yolu şirkətləri UNI və Mandarin Airlines uçuşlarının əksəriyyətinin ləğv edildiyini açıqlasa da, bərə xidmətləri də dayandırılıb.
Tayvan Nəqliyyat Nazirliyindən verilən açıqlamada, ümumilikdə 46 reysin ləğv edildiyi, lakin yüksək sürətli qatar xidmətlərinin davam etdiyi bildirilib.
Qasırğadan zərər çəkmiş şəhərlərdə biznes və təhsil 1 gün müddətinə dayandırılıb.
Bu gün Tayvana çatan tayfunun sabaha qədər davam edəcəyi və Çinin Quandun əyalətinə doğru hərəkət edərək təsirini itirəcəyi açıqlanıb.
Şayəstə Hüseynova





