Tayvanı təsir edən soyuq dalğa səbəbiylə havanın temperaturu 10 dərəcədən aşağı düşüb və son 48 saatda ölənlərin sayı 145-ə yüksəlib. Yaponiyada yağan güclü qar həyata mənfi təsir edib.
Elchi.az xəbər verir ki, Milli Yanğından Mühafizə Agentliyinin (NFA) verdiyi açıqlamada həyatını itirənlərin xroniki xəstələrlə yanaşı, yaşlıların da olduğu bildirilib.
Həyatını itirənlərin ölüm səbəbi ani ürək dayanması olaraq açıqlanıb.
NFA-nın açıqlamasında xüsusilə ürək-damar xəstələri və yaşlılara təsirlərinin önümüzdəki günlərdə də davam edəcəyi gözlənilən soyuq hava şəraitinə qarşı diqqətli olmaları barədə xəbərdarlıq edilib.
Taypey şəhərinin yeni yanğınsöndürmə rəisi Li Çinq-an vurğuladı ki, sobaları isitmək üçün istifadə edəcək Tayvanlılar havalandırmaya diqqət yetirməlidirlər.
Nuranə Məmmədova






